vaxtlı-vaxtında oxuyun! Cümə, 21 iyul 2017
ABŞ dolları 1 USD = 1.7017 AZN
Avro 1 EUR = 1.9590 AZN
Rusiya rublu 1 RUB = 0.0288 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2160 AZN
Türk lirəsi 1 TRY = 0.4821 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜƏLLİF  
16:22 | 18 iyun 2017 | Bazar Məqaləyə 421 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Skleroz dostum

«A kişi, bəsdi daa, yeyib içmisən, nuş canın olsun, icazə ver, bir az da biz içək!»

Murad KÖHNƏQALA

MÖVZU İLƏ ƏLAQƏLİ

Adam yaşa dolduqca yaddaşı azalır, bəziləri lap skleroz olur. Bir şair dostum var, məndən bir neçə yaş böyükdü. Spirtli içkilərə çox aludə olduğundan əməllicə skleroz xəstəliyinə tutulub. Şəxsi müşahidəmdən deyə bilərəm ki, sklerozun xeyli növü var. Məsələn, adam var, keçmişi unutsa da, indini müvəqqəti olaraq yadında yaxşı saxlaya bilir. Adam var dünən olanı unudur. Eləsi var, məsəldəki kimi, səhər yediyini günorta yadından çıxarır. Adam var, Məşədi İbad demiş, hərdən öz adını da unudur.

Mənim dostumunku bir başqadı. Bu danışanda ən elementar sözlər də yadından çıxır. Söhbət eləyəndə sözünü kəsməyə icazə vermir, qorxur ki, mövzunu unutsun. Belə ağır durumda olsa da, hadisələri təfsilatı ilə danışmağı sevir. Həmişə də söhbətinin ana xəttini yeyib-içmək təşkil edir.

Oturan kimi, mütləq dünənki araq mərasimindən, yaxud nə vaxtsa, hardasa, kiminləsə yeyib-içdiyi məclisdən danışacaq.

Məsələn, demək istəyir ki, dünən dostum Şamillə Cavidin kafesində araq içmək istəyirdik, ucuz düşsün deyə arağı mağazadan alıb özümüzlə aparası olduq.

«Dünən, gör, nooldu? Bu, zadnan, adı nədəə, bunun? Hə, Şamilnən girdik mağazaya. Şamildə də, zaddı, pul yoxdu. Dedim, gedək, bu zadın tükanından, nədi bunun adı?» Bu yerdə biz ona kömək eləyəsi oluruq ki, tezcə danışıb qurtarsın, yoxsa bezdirəcək. Mağazaçının adını tapmasa əl çəkməyəcək. Axırda birimiz yardım eləyirik: Hə dəə, Əkbərin dükanına girdiniz, arxasını danış!

«Hə, nədi bunun adı, Şamilə dedim, «yarım» bəs eləməyəcək, gəl, bir dənə «nol-sem» götürək. Mağazaçıya dedim, ordan mənə bir dənə, nədi bu arağın adı? Əə, bu təzə çıxan araqlar yoxdumu, nəydi onun adı?»

Yenə ilişdik ee, arağın adını tapa bilməsək, batdıq. Başlayırıq onun üçün araq adı sadalamağa: «Xan» idimi? «Oazis» idimi? «Oxota» idimi? «Yox ey, yox! Bu təzə çıxanlar var ee, adı dilimin ucundadı!»

Biz də deyirik: a kişi, adının nə dəxli var, söhbətini elə, qurtar! Dərhal etiraz eləyir: «Sən nə danışırsan? Mən içdiyim arağın, zadını, markasını bilməsəm, onu necə içərəm?»

Ta, neyləyək, məşvərət eləyib buna araq adı axtarırıq. Axırda biri deyir, ayə, bəlkə «Zalatoy kalso»nu deyirsən? Dərhal sevinir, üzü gülür: «Ay sağ ol, «Zalatoy»!

Biz də gərginlikdən qurtarıb sevinirik. Yoxsa yaxamızdan əl çəkməyəcəkdi.

Arxasını danışır: «Hə, bir dənə göyçək «nol-sem» götürüb gəldik, nədi bunun adı?» Biz dərhal xorla: «Cavidin kafesinə!» deyib, ona yardım eləyirik.

«Hə, gəldik Cavidin kafesinə! Uşağı çağırdım, dedim əə, yeməyə nəyiniz var? Nəydəə, o uşağın adı? Əə, orda işləyən o cavan uşağı deyirəm, ee, nəydi onun adı?»

Biz də canımızı qurtarmaq üçün deyirik, Zakir-Zakir!

«Hə, dedim, qaqa, yeməyə nə var? Dedi, yaxşı buğlama, xaşlama, kabab! Dedim kabablardan, nədi bunun adı? Zad, lülə varmı? Dedi, hə! Dedim, ondan üç dənə gətir, ancaq yaxşı olsun, haa, özün bilirsən ki, biz həmişə bura gələn adamlarıq. Bir dənə turşu, bir dənə də, nədi onun adı, bu sular var ee? Nəydəə, o suyun adı?»

İlişdik dəə, di gəl, sən buna mineral su adı sadala! Neyləməliyik? Məcbur sadalayırıq: Olmaya, «Badamlı»dı? Ayə, yoxsa «Borjomi» olub? Düz gəlmədikcə dostumuz çiynini atıb-tutur. «Yox ey, yox! Nəydəə, bunun adı?» Deyirik, ayə, yoxsa Qax suyu olub? Çiyninin birini atıb: «Ay sağ ol, Qax suyu!»- deyir. Sevinirik ki, nə yaxşı bunun içdiyi «Nataxtari» olmayıb, bu adı hardan tapıb təhvil verəcəkdik?

«Hə, uşaq turşunu gətirən kimi zada, nədi bunun adı, Şamilə dedim, əə süz, hələ turşuynan bir yüz vuraq! Nə isə, zadın ağzını açıb yüz içdik. Bir də gördüm, ağrısın aldığım zaddı, kababı gətirdi. Dedim, əə, süz dana, bir kababgəldi eləyək. Bunu da içdik. Birdən, bu zad mənə zəng elədi, nəydəə, bunun adı?»

Aha, yenə ilişdik! Gəl, indi bunun araq dostlarını bir-bir yada sal! Onun söhbətinin belə qəliz yerlərində dostlar həmişə mənim üzümə baxır, yəni bunun öhdəsindən yalnız sən gələrsən. Mən də baxıram ki, dostlarını sadalamaq riyazi tənlikdən betərdi. Canımızı qurtarmaq üçün üstünə təpinirəm: «A kişi, bəsdi daa, yeyib içmisən, nuş canın olsun, icazə ver, bir az da biz içək!»


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Mayın 19-dakı seçkilərdə Güney Azərbaycanlılar hansı namizədə səs verməlidir?

  • Seyid Mustafa Ağa Mirsəlim
  • Mustafa Haşemitəba
  • İshaq Cahangiri Kuşayi
  • Məhəmməd Baqir Qalibaf
  • Həsən Ruhani
  • Seyid İbrahim Rəisi - Sadat
  • Heç birinə - Boykot
  • Cavab verməyə çətinlik çəkirəm