vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MUSİQİ  
12:35 | 19 iyun 2017 | Bazar ertəsi Məqaləyə 2710 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Doğru sözə nə deyəsən...

Adam daha necə danışmalıdır?

Fazil MUSTAFA

MÖVZU İLƏ ƏLAQƏLİ

Müğənni Əli Mirəliyev deyib: «Fatma Abdullazadəni tutduğu vəzifədən kənarlaşdırdılar. Çünki işlərinin öhdəsindən gələ bilmirdi, çatana, hər yerindən durana, xalq artisti adı verdirirdi. Onun hesabına mavilər, əxlaqsız qadınlar da xalq artisti oldu. Bunu da hər kəs gözəl bilir. Prezidentin bəyəm vaxtı, siyasi-iqtisadi işlərdən imkanı varmı ki, durub onlara bir-bir qulaq assın?! Sevinirlər ki, bunlar Xalq artisti olublar. Yalansa, öləsiniz sizi elə, yerə soxum yaltaq ağsaqqallarınız başda olmaqla hamınızı xalq artisti olan yerdə! Bu millət uzun illər rusun tərkibində olub deyə, həmişə Xalq artisti olmaq üçün əldən-ayaqdan gedib. Ancaq anlamırlar ki, o ad boş şeydir. Bəyəm İtaliyada Sofi Loren, Türkiyədə Zeki Müren xalq artisti olub, ancaq onları dünya tanıyır!»

Həqiqətən də bu adların verilməsi məsələsində olan ədalətsizlik başqa sahələrdəkindən daha bariz görünür. Ümumiyyətlə bu mənasız adpaylamadan ya imtina etmək lazımdır, ya da layiq olmayanların gözünə heç olmazsa bir-iki layiq olanı da qatmaq lazımdır ki, ədalətsizlik açıq-aşkar görünməsin. Tanıdığım bir sənət adamı var. Olduqca təvazökar insandır. 40 ildir fortepianonun arxasında əyləşib ən mötəbər tədbirlərdə saatlarca gözəl musiqi ifaçılığı nümayiş etdirir. Neçə illərdir «Dan ulduzu» ansamblının solistidir. Fəridə Hüseynova - tanınmış pianoçudur. Tədbirlərin birində soruşdum ki, yəqin ki, siz ən azı Azərbaycanın əməkdar artistisiniz. Cavabı məni heyrətləndirdi: «Siz nə danışırsınız, mənim kimim var ki, hansısa ad da verilsin! Ancaq təsəllim budur ki, tələbələrimin çoxusuna adlar verilib, elə bu da mənim bəsimdir».

Hələ bizim tanımadığımız neçə belə peşəkar insanlar var ki, adamsızlıqdan, pulsuzluqdan belə adlara əlləri çatmır.

İndi deyirlər bu Əli Mirəliyev çox sərt danışır. Adam daha necə danışmalıdır? Sənətlə bağlı baş verənlər gözünün qabağındadır, görünür söyləməmək mümkün deyil.