vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
21:36 | 19 iyun 2017 | Bazar ertəsi Məqaləyə 2176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təlimlər hərbi əməliyyatlardan əvvəl keçirilən məşqdir»

Erməni kəşfiyyatçısı Naxçıvan ordusunun Dərələyəzə girə biləcəyini açıqladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan ordusunun bu gün başlatdığı növbəti irimiqyaslı hərbi təlimlər Ermənistanda təşvişlə izlənilməkdədir. Virtualaz.org «Novosti Armeniya» agentliyinə istinadən xəbər verir ki, Ermənistanın birinci Qarabağ müharibəsində iştirak etmiş ilk kəşfiyyat-diversiya batalyonunun komandiri Vova Vartanov bu təlimlərin təkcə qorxu yaratmaq məqsədi daşımadığını, eyni zamanda potensial müharibə ssenarisinin məşqi olduğunu deyib.

Xəbər verildiyi kimi Azərbaycan silahlı qüvvələri 23 minlik canlı qüvvə və yüzlərlə hərbi texnikanın iştirakı ilə döyüş şəraitinə maksimal yaxınlaşdırılmış irimiqyaslı hərbi manevrlərə başlayıb. Bu, son iki ay ərzində Azərbaycan ordusunun keçirdiyi üçüncü belə irimiqyaslı təlimlərdir.

«Təlimlər həmişə hərbi əməliyyatlardan əvvəl keçirilən baş məşqdir. Onlar müxtəlif ssenariləri nəzərdən keçirirlər. Üstəlik Azərbaycan tərəfi son vaxtlar bu prosesə Gürcüstanı da fəal cəlb etməyə başlayıb, hansı ki, həvəssiz də olsa razılaşır», - kəşfiyyatçı Vartanov deyib.

Vartanov bir maraqlı tendensiyanı da qeyd edib ki, bu il ərzində Azərbaycan ordusu silahlı qüvvələrin bölmələrinin təlim rayonlarına atılması üçün özünün uçuş vasitələrindən və təyyarəçilərindən istifadə tendensiyası nümayiş etdirir. Onun sözlərinə görə, Naxçıvandakı təlimlər xüsusilə diqqəti cəlb edib. Belə ki, iyunun 12-dən 16-na qədər Naxçıvan Əlahiddə Ümumqoşun ordusu Türkiyə ordusunun bölmələri ilə taktiki təlimlər keçirib.

«Naxçıvandakı təlimlər göstərir ki, biz təkcə Qarabağda yox, eyni zamanda Sünik və Vaytsdozor vilayətlərində (Azərbaycanın qədim Dərələyəz və Gorus mahalı-red.) hazır olmalıyıq. Hadisələrin bu cür inkişaf ssenarisinə təkcə ordunu yox, ictimaiyyəti də hazırlamaq lazımdır», - Vova Vartanov deyib.

Kəşfiyyatçı Vova təklif edib ki, Ermənistan bütün ölkə boyu mülki müdafiə təlimləri keçirməlidir.