vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
KİNO-TEATR  
22:30 | 19 iyun 2017 | Bazar ertəsi Məqaləyə 3211 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Açılışı «Əli və Nino» edəcək

İtaliyada ilk dəfə Azərbaycan film festivalı başlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 22-24-də Romanın «Villa Borghese» parkındakı tarixi «Casa del Cinema» kino evində İtaliyada ilk dəfə Azərbaycan film festivalı keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Azərbaycanın İtaliyadakı səfirliyinə istinadla yaydığı xəbərə görə, festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın İtaliyadakı səfirliyinin, AzərTAC-ın, «Casa del Cinema» kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, «AGI» İnformasiya Agentliyinin, «Azerbaijannews» xəbər portalının təşkilati və informasiya dəstəyi ilə baş tutacaq.

Festival iyunun 22-də «Əli və Nino» filminin nümayişi ilə açılacaq.

Filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları olacaq.

Festivalda 6 bədii («Hökmdarın taleyi», «Nabat», «İçərişəhər», «Pərdə», «Yarımçıq xatirələr», «Həddən artıq uyğunluq») və 2 sənədli («Bir günəş altında», «Əbədi ezamiyyət») film italyan dilində alt yazılarla göstəriləcək. Festival çərçivəsində «Bir günəş altında» və «Əbədi ezamiyyət» sənədli filmləri də nümayiş olunacaq.