vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
SAĞLAMLIQ  
12:19 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2955 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kondisionersiz keçinməyin sadə fəndləri

İsti gecələrdə sərin yatmaq üçün 8 üsul

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, isti ölkələrdə adamlar gecələri rahat yata bilmək üçün kondisionerlərdən istifadə edirlər, amma Britaniyada əksər evlər ildə bir-iki qızmar günə görə belə bahalı avadanlığı quraşdırmır.

Buna baxmayaraq yayın qızmar bir-iki günündən də salamat çıxmaq lazım gəlir.

Ekspert Nik Litlheyles (Nick Littlehales) dünyanın ən böyük idman ulduzlarına «yuxu məşqçilyi» edib.

O bildirir ki, gün ərzində günəşin çıxması və batması arasında temperatur dəyişir, lakin əgər biz gündüz kifayət qədər «istilənmişiksə», bu istilik «intuitiv» olaraq canımızdan gecə də çıxmaq bilmir.

Məhz buna görə də isti gecələrdə sərin yatıb, şirin yuxuya getməyin bəzi sadə fəndlərini bilməkdə fayda var.


Pəncərələri bağlı saxlayın


Ekspert bildirir ki, yataq otağı isti yay gecəsinə gündüzdən hazırlanmalıdır.

Buna görə də gündüzün qızmar havasında yataq otağının pəncərə və pərdələrini bağlı saxlamaq lazımdır ki, isti hava axınları içəri girməsin.

Yataq otağını mümkün qədər qaranlıq saxlamaq lazımdır. Qaranlıq daha sərin hava deməkdir.


Sərinkeşin qabağına buz qoyun


«Mən bir idmançı tanıyırdım, o iki bir litrlik butulkanı su ilə doldurub, soyuducunun buzluğuna qoyar, sonra isə gecə yatmazdan əvvəl çıxarıb bir ləyəndə sərinkeşin qarşısında yerləşdirərdi. Beləliklə yataq otağında sərin küləklər əsərdi», - deyir Nik Litlheyles.


«Qrelkadan» istifadə edin


Apteklərdə satılan və elmi adı termorfor olan (Azərbaycanlılar onun adına çox vaxt elə rusca «qrelka» deyirlər) isti su tuluqlarından istifadə edin.

Adətən qış aylarında yatağı isti saxlamaq üçün istifadə edilən termorforlardan, isti yay gecələrində yatağı soyuq saxlamaq üçün istifadə etmək olar.

Sadəcə olaraq termorforun içinə buzlu su doldurub yatağa qoymaq lazımdır.


Balışı sərin saxlayın


Ekspert bildirir ki, bədən istiliyinin əksər hissəsi başdan gəlir və buna görə də isti yay gecələrində başın sərin olması mühümdür.

Bunun ən sadə yolu balışınızı soyuducunun buzluğunda saxlamaqdır.

«Bu üsul doğrudan da əla işləyir», - deyir ekspert.


Yorğanı bir tərəfə atın


Digər sadə üsul yorğanın və ya adyalın altında yox, adi döşəkağının altında yatmaqdır. Burası da var ki, tam çılpaq yatmaqdansa, döşəkağının altında yatmaq faydalıdır. Beləki, onda bədənin temperaturu daha yaxşı tənzimlənir.


Duş qəbul edin


Yatmazdan əvvəl soyuq duş qəbul edin ki, bədən temperaturunu sala biləsiniz.


Alkoqoldan kənar durun


Yay aylarında adətən bütün içkilər buzla içilir. Lakin alkoqollu içkilər hətta buzlu içildikdə də isti yay gecələrində yatmağa mane olur.


Yüngül xörəklər yeyin


Karbohidratlarla zəngin xörəklər (xəmir, düyü və sair) biz yatarkən də orqanizmimizdə həzm olunmaqda davam edir və bu prosesin özü daxili istiliyi artırır.

İsti yay axşamlarında salat və ya meyvə ilə kifayətlənmək daha yaxşıdır.