vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
12:30 | 20 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2085 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Akopyan «akop»dan çıxır

«DQR müdafiə naziri»nin başının üstünü təhlükə aldı

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, odioz qarabağlı general Movses Akopyanın işdən azad edilcəyi gözlənilir. Bu barədə hakimiyyətə yaxın «Joqovurd» qəzeti öz mənbələrinə istinadən yazıb. Virtualaz.org qeyd edir ki, qəzetin bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyindəki təyinatlar barədə xəbərləri əsasən özünü doğrultmuşdu.

Məlumata görə Movses Akopyanın yerinə general-mayor Onik Qasparyan təyin olunacaq. Prezident Serj Sərkisyan iyunun 15-də Onik Qasparyanı Baş qərargah rəisinin birinci müavini vəzifəsinə təyin edib və ehtimal edilir ki, bununla da onun Akopyanın yerinə irəli çəkilməsinə zəmin hazırlayıb. Movses Akopyanın sonrakı taleyinin necə olacağı isə məlum deyil.

Xatırladaq ki, Movses Akopyan əvvəllər qondarma «DQR müdafiə naziri» vəzifəsini tutub, daha sonra Ermənistan silahlı qüvvələri Baş qərargahı rəisinin müavini vəzifəsinə təyinat alıb. Ötən ilin aprel döyüşləri zamanı Azərbaycan ordusu TOS-1A «Solntsepyok» ağır odsaçanından Xocavənd istiqamətində Akopyanın və digər yüksək rütbəli erməni komandirlərin cəmləşdiyi qərargaha zərbə endirmişdi. Həmin zərbə nəticəsində bir neçə erməni hərbçisi ölsə də Akopyanın bəxti gətirmişdi və sağ qalmışdı.

Aprel döyüşlərində Ermənistan ordusunun aldığı sarsıdıcı zərbə Müdafiə Nazirliyinin rəhbərliyinin darmadağın edilməsi ilə nəticələndi. Bir çox generallar həbs olundu, işdən çıxarıldı, o cümlədən müdafiə naziri Seyran Ohanyan vəzifəsini itirib müxalifətə keçdi. Movses Akopyan isə əvvəlcə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini təyin olundu.

Daha sonra Baş qərargah rəisi Yuri Xaçaturov işdən azad edilib Sərkisyana müşavir təyin olundu, Akopyan onun yerinə təyinat aldı, müdafiə naziri mülki şəxs oldu. Hazırda Baş qərargah rəisi Ermənistan ordusuna komandanlıq edən əsas fiqur hesab olunur, yəni orduya komandanlıq Movses Akopyanın əlindədir. Lakin belə görünür ki, generalın başının üstünü yeni təhlükə alıb. Ehtimal ki, burada Akopyanla müdafiə naziri, Serj Sərkisyanın «çantadaşıyanı» kimi tanınan Vigen Sərkisyan arasında ziddiyətlərin rolu var.