vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
22:22 | 21 iyun 2017 | Çərşənbə Məqaləyə 1284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Silahlanın ...»

İrəvanda üsyan çağırışı: «... Serji və bandasını fiziki məhv edin»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda ötən ilin iyul ayında polis polkunun binasını ələ keçirmiş «Sasna Tsrer» silahlı qruplaşmasının işi üzrə məhkəmədə qalmaqallı çağırış səslənib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, qrupun üzvü Varujan Avetisyan silahlı üsyana və prezident Serj Sərkisyanı fiziki məhv etməyə çağırıb.

«Mən üsyana çağırıram, silah götürün və Serji, onun bandasını fiziki məhv edin»-Avetisyan İrəvanın Nor Norkinzibati rayon məhkəməsində keçirilən proses zamanı çağırış edib.

Məhkəmə prosesi kifayət qədər gərgin keçir və tez-tez zalda qarşıdurmalar yaranır. Proses zamanı qrup üzvlərinin vəkilləri hakimin qanunsuz hərəkətlərinə etiraz ediblər. Bu vaxt Varujan Avetisyan da silahlı üsyana çağırış edib və hakim onun prosesdən kənarlaşdırılmasına dair qərar verib. Fasilədən sonra onu yenidən zala qaytarıblar.

Xatırladaq ki, «Sasna Tsrer» qruplaşmasının silahlı üsyan başladaraq İrəvanda polis polkunun binasını ələ keçirməsi ötən ilin aprelində Qarabağda gedən döyüşlərin Ermənistanda yaratdığı siyasi təlatümlərin nəticəsi idi. Qrup üzvləri bunu bəhanə edirdi ki, Ermənistan hakimiyyəti hərbi məğlubiyyətə uğrayandan sonra ərazilərin qaytarılmasına dair danışıqlar aparır. Qarabağ müharibəsi veteranlarından ibarət olan «Sasna Tsrer» qruplaşmasının başlatdığı üsyan həftələrlə davam etdi və bir neçə nəfərin həlak olması, çoxsaylı həbslərlə nəticələndi.