vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
23:50 | 24 iyun 2017 | Şənbə Məqaləyə 2324 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bütün xərcləri çəkməyə hazırdır...»

Başqan İlham Əliyevlə görüşündən danışdı: «Heydər Əliyev Fondu Qaqauzda mədəniyyət-təhsil mərkəzi tikməyə hazırdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Moldovanın Qaqauz muxtar vilayətinin başqanı (icra hakimiyyətinin rəhbəri) İrina Vlax bu ölkənin prezidenti İqor Dodonun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Bakıya səfərindən danışıb. Virtualaz.org xəbər verir ki, İrina Vlax Qaqauz İcraiyyə Komitəsinin iclasında Bakıya ikigünlük səfərinin nəticələrini müsbət qiymətləndirib və səfəri «məhsuldar» adlandırıb, azərbaycan prezidenti İlham Əliyevlə görüşündən danışıb.

«Birincisi, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Qaquz vilayəti ilə Azərbaycanın ən inkişaf etmiş regionlarından olan Qəbələ arasında regionlararası əlaqələrin yaradılması barədə qərar qəbul olundu. İkincisi, səfər zamanı razılıq əldə edildi ki, qaquz yaradıcı kollektivlərinin Azərbaycanda keçirilən tədbirlərə cəlb olunması təmin olunsun. Üstəlik Azərbaycan tərəfi qaquz artistlərinin konsert və festivallarda iştirakına dair bütün xərcləri üzərinə götürməyə hazırdır», - İrina Vlax bildirib.

Qaqauz başqanı səfər zamanı Heydər Əliyev Fondunun rəhbərliyi ilə görüşdüyünü də deyib. Bildirib ki, Fond Qaqauzda mədəniyyət-təhsil mərkəzi tikməyə hazırdır. «Bizdən tələb olunan ancaq ərazini müəyyən etməkdir», - o bildirib. Vlax əlavə edib ki, Fondun nümayəndələri yaxın günlərdə Qaqauza səfər edərək kompleksin tikintisi üçün ərazinin seçilməsi məsələsini müzakirə edəcəklər.

Azərbaycanın Qaquzda idman-konsert kompleksi tikmək barədə 2011-2012-ci illərdə müzakirə olunan plana gəldikdə isə başqan deyib ki, bu layihə gündəmdən çıxıb. «Azərbaycan rəhbərliyi idman kompleksinin tikintisinə qayıtmaq istəmir, çünki bu əhvalatda korrupsiya tərkibi olub. Bildirdilər ki, hansısa Qaqauz məmuru bu layihəni öz adına keçirmək istəyib», - İrina Vlax iclasda deyib.

«Ümumən səfər çox məhsuldar oldu. Mən şadam ki, Azərbaycanda Qaqauz barədə bilirlər. Azərbaycan prezidenti gələn il Moldovaya səfər etmək barədə prezident İqor Dodonun dəvətini qəbul etdi və bildirdi ki, Qaquza baş çəkməyi çox istərdi. Azərbaycan prezidenti Qaqauzu dəstəkləməkdə maraqlıdır», - başqan bildirib.