vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
19:43 | 27 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2242 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağrılı keçən ayrılma

Amma geriyə yol yoxdur

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün əvvəlcə Ukrayna hərbi kəşfiyyatının zabitinə qarşı sui-qəsd törədilməsi, daha sonra isə bu ölkənin kritik infrastrukturuna (bank, nəqliyyat, energetika) qarşı iri miqyaslı kiberhücumun baş verməsi təsadüf deyil.

Ukrayna son günlər çox uğurlu diplomatik həmlələr həyata keçirir. Prezident Poroşenko əvvəlcə ABŞ-a səfər etdi və o, Vaşinqtonda olarkən ABŞ hökuməti Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunduğunu açıqladı. Səfərdən 2 gün əvvəl isə Senat Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan düzəliş qəbul etdi.

Səfər rəsmi dövlət səfəri deyil, işgüzar xarakterli olsa da, Poroşenko Vaşinqtonda yüksək səviyyədə qarşılandı. Mən heç də prezident Trampla görüşü nəzərdə tutmuram. Pentaqonda Poroşenkonun qarşılanma mərasimi ABŞ-ın müdafiə-təhlükəsizlik sahəsi ilə yanaşı, xarici siyasətində də ciddi rolu olan bu dövlət orqanının Ukraynaya baxışını göstərir. Pentaqonun bu ənənəvi ağırlığı hazırkı nazir, ABŞ dəniz piyadalarının əfsanəvi generalı Ceyms Mattisin personası sayəsində daha da artıb. Hazırda Mattis Tramp hökumətinin ən nüfuzlu simasıdır və prezident komandasında qərarların qəbuluna böyük təsiri var. Hətta o, bu baxımdan dövlət katibi Tillersonu kölgədə qoyub.

Yuxarıda qeyd etdiyimiz kimi, işgüzar səfər olmasına baxmayaraq, Poroşenko Pentaqonun həyətində ABŞ-ın bütün qoşun növlərini təmsil edən hərbi mərasim manqası tərəfindən qarşılandı. General Mattisin «Ukrayna Silahlı Qüvvələri ilə qürur duyuruq» sözləri də adətən qonaqları məmnun etmək üçün söylənən sıradan protokol etiketi yox, Ukrayna ordusunun Rusiya ordusuna qorxmadan müqavimət göstərməsi faktının ABŞ hərbi dairələrində doğurduğu yüksək maraq və məmnuniyyəti əks etdirir. Daha bir maraqlı məqam ondan ibarətdir ki, Ukrayna nümayəndə heyəti ABŞ müdafiə nazirinin kabinetinin divarında dünyanın önəmli paytaxtlarında vaxtı göstərən saatlar görüblər və o sırada Kiyev saatı da olub. Bəlkə çok kiçik detaldır, amma simvolik mənası önəmlidir.

Əldə olunan razılaşmalara görə, ABŞ dövlət katibi, müdafiə naziri və enerji naziri yaxın aylarda Kiyevdə səfər edəcəklər. Müdafiə naziri Mattisin səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlığın inkişafına dair saziş imzalanacaq.

Poroşenko Vaşinqtondan sonra Parisə səfər etdi və yeni Fransa prezidentindən açıq dəstək aldı. Makron öz stilinə uyğun olaraq sözü əyib-bükmədən Rusiyanı işğalçı adlandırdı.

Ukraynaya beynəlxalq dəstək, Rusiyaya isə beynəlxalq təzyiq güclənir. Ukraynanın Rusiyadan tarixi qopuş prosesi də sürətlənir. Bugünkü hadisələr bu qopmanın nə qədər ağrılı getdiyini bir daha göstərdi. Amma geriyə yol yoxdur.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)