vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
01:53 | 29 iyun 2017 | Cümə axşamı Məqaləyə 3178 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hər şeyə əl atırlar»

Putin xarici ölkələrin Rusiyanın daxili həyatına müdaxiləsi haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin bildirib ki, xarici ölkələrin xüsusi xidmət orqanları Rusiyanın daxili siyasi və ictimai proseslərinə təsir göstərməyə çalışırlar.

«Report» xəbər verir ki, qeyri-leqal kəşfiyyatın 95 illiyi münasibətilə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin Mənzil-qərargahına gələn dövlət başçısı bir sıra ölkələrin xüsusi xidmət orqanlarının fəallaşdığını vurğulayıb.

«Bizim ölkəmizin daxili siyasi və ictimai proseslərinə təsir etmək məqsədilə əməliyyatlar keçirilir. Xarici xüsusi xidmət orqanlarının Rusiya və bizim müttəfiqlərimiz əleyhinə artan fəallığı göz qabağındadır», – deyə Rusiya prezidenti bildirib.

Onun sözlərinə görə, Rusiyanın müdafiə, iqtisadi, resurs potensialı barədə məlumatlar əldə etmək üçün kiberhücum cəhdindən, informasiyaların toplanması, casusların ələ alınması cəhdlərindən istifadə edilir.