vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ENERGETİKA  
00:57 | 29 iyun 2017 | Cümə axşamı Məqaləyə 2347 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Son artım 1.53 dollar

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 47,8 dollar/barel təşkil edib ki, bu da iyunun 22-ə olan göstəricidən 1,53 dollar/barel çoxdur.

Bu barədə «Trend»ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 27-də 47,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,55 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə iyunun 27-də 44,88 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 1,54 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən «Brent Dated» etalon növlü neftin qiymətinə gəlincə, o, iyunun 27-də 46,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,56 dollar/barel çoxdur.