vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
20:02 | 28 iyun 2017 | Çərşənbə Məqaləyə 1726 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Facebook» da gözlə görünən 4 fakt

İstifadəçilərin sayı istənilən dövlətin əhalisindən çoxdur

MÖVZU İLƏ ƏLAQƏLİ

«Facebook» istifadəçilərinin sayı indi dünyadakı istənilən dövlətin əhalisindən çoxdur. Sosial media şəbəkəsinin bildirdiyinə görə, hazırda ondan iki milyard insan istifadə edir.

Bu internet nəhənginin istifadəçiləri artdıqca o, daha da çox məzmuna nəzarət etməlidir.

13 il bundan əvvəl əsası qoyulmuş bu şirkət haqqında bilməli olduğunuz 4 şey:


Böyük sıçrayış


«Facebook» 5 ildən az müddətdə istifadəçilərinin sayını iki dəfə artırıb. 2012-ci ildə «Facebook»un bir milyard istifadəçisi var idi.

İndi isə ondan iki milyard insan istifadə edir. Bu, Mark Zakkerberq (Mark Zuckerberg) tərəfindən əsası qoyulmuş «Facebook»un rəqiblərini üstələməyə imkan verir.

«Twitter»in fəal istifadəçilərinin sayı aprel ayında 328 milyona çatıb.

«Facebook» istifadəçilərinin sayı dünya əhalisinin dörddə birindən də çoxdur.

Yeni istifadəçilərin əksəriyyəti Şimali Amerika və Avropanın xaricindən gəlir.


Daha böyük öhdəliklər


Texnologiya şirkətləri terrorçu təbliğatı hesab olunan materialın silinməsi ilə bağlı böyük təzyiqlərlə üzləşiblər.

Qətl və intiharla bağlı canlı videoların yayımından sonra «Facebook» da diqqət mərkəzindədir.

Keçən ay məzmunun idarə olunması üçün şirkət 3000 əlavə işçi götürəcəyini bəyan edib.

2017-ci ilin mart ayının nəticələrinə görə, ABŞ-da yerləşən bu şirkətin işçilərinin sayı 18770 nəfərdir.

33 yaşlı Zakkerberq 2004-cü ildə əsasını qoyduğu «Facebook»a rəhbərlik edir.


Gəlirlərlə bağlı narahatlıq


Şirkətin gəlirlərinin əksəriyyəti reklamlardan əldə olunur.

Aprel ayında reklamçıların sayı 5 milyona çatıb, şirkət bildirib.

«Facebook»un gəlirləri 2017-ci ilin ilk aylarında artaraq 3 milyard dollar təşkil edib - bu, keçən illə müqayisədə 76 faiz artımdır.

Lakin şirkətin bildirdiyinə görə, reklamlardan gələn gəlirlər azala bilər.


Ucqar yerlər üçün gələcək planlar


Keçən il şirkət Günəş enerjisi ilə çalışan dronu uğurla sınaqdan keçirdiyini bəyan edib. Cihazın məqsədi internetin yayılmasına kömək etməkdir.

Aquila layihəsinin məqsədi dronlar vasitəsilə dünyanın ucqar bölgələrini internetlə təmin etməkdir.

Lakin şirkət bu niyyətinin həyata keçməsi üçün bir neçə il lazım ola biləcyini bildirir.