vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
15:10 | 29 iyun 2017 | Cümə axşamı Məqaləyə 3938 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha 15 «Tank qatili» gəlir

Rusiya artıq Azərbaycana 12 «Xrizantema-S» göndəib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya iyunun 25-də Azərbaycana ən azı 12 «Xrizantema-S» tank əleyhinə idarəolunan raket kompleksi göndərib. Virtualaz.org xəbər verir ki, bu barədə Londonda mənzillənmiş, hərbi və təhlükəsizlik mövzuları üzrə ixtisaslaşmış «Jane's Defence Weekly» bildirir. Xəbərin müəllifi isə jurnalın erməni əməkdaşı Eduard Abramyandır.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiya ilə bağlanmış müqavilələr əsasında yeni silah partiyasının Bakıya gətirildiyi barədə məlumat yayıb. Nazirliyin yaydığı kadrlara əsasən Rusiya «Bəstəkar Raxmaninov» gəmisi ilə Bakıya «Xrizantema-S» tank əleyhinə raket kompleksləri, bu komplekslərin tərkibinə daxil olan komanda-qərargah maşını və digər sistemlər, habelə «Xrizantema-S» raketləri göndərib. Hərbi qaynaqlardan virtualaz.org-a məlum olmuşdu ki, Bakıya cəmi 42 eşalon hərbi texnika gətirilib. Müdafiə Nazirliyi Rusiyadan silah gətirilməsinin davam edəcəyini bildirib.

«Jane's Defence Weekly» bildirir ki, Rusiya 2018-ci ilin sonlarına qədər Azərbaycana əlavə olaraq 15-dən çox «Xrizantema-S» kompleksi göndərəcək.

«Xrizantema-S» kompleksləri təchiz olunduğu eyni adlı raketin yüksək dağıdıcı gücünə və dəqiqliyinə görə «Tank qatili» adını alıb. Bu raketlər hazırda dünya ordularının silahlanmasında olan istənilən zirehli texnikanın zirehini dəlməyə, o cümlədən müasir tankların aktiv və dinamik müdafiə sistemlərini dəf etməyə qadirdir. «Xrizantema-S» 6 kilometrə qədər məsafədə eyni vaxtda iki hədəfi vura bilir. Üç belə kompleks tank rotasının hücumunun qarşısını almaq və rotanın tanklarının yarıdan çoxunu cəmi bir neçə saniyədə sıradan çıxarmaq imkanındadır.

Azərbaycan «Xrizantema-S» kompleksləri ilə silahlanan iki-üç ölkədən biridir. Bundan əlavə Azərbaycan İsraildən tank əleyhinə «Spayk» raketlərinin bir neçə modifikasiyasını əldə edib.