vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
02:40 | 2 iyul 2017 | Bazar Məqaləyə 2035 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç kim onunla münasibətləri korlamaq istəmir»

Aleksey Venediktov: «Azərbaycan MDB ərazisində özünü nəhəng kimi nümayiş etdirdi...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın «Exo Moskvı» radiostansiyasının baş redaktoru, məşhur jurnalist Aleksey Venediktov «Şəxsən Sizin» proqramında Azərbaycanda məhkəməsi başlamış bloqqer Aleksandr Lapşin ətrafında baş verənlər barədə fikirlərini bölüşüb.

Virtualaz.org xəbər verir ki, proqramın aparıcısının suallarını cavablandıran Venediktov birmənalı olaraq deyib ki, Azərbaycanın işğal olunmuş torpaqlarını qeyri-qanuni ziyarət etmiş bloqqerin ekstradisiyası yalnız ona görə mümkünə çevrilib ki, maraqlı tərəflərin heç biri rəsmi Bakı ilə münasibətlərini korlamaq istəməyib.

A.Venediktov xatırladıb ki, Azərbaycana təhvil verilmiş qalmaqallı bloqqer üç ölkənin – Rusiyanın, Ukraynanın və İsrailin vətəndaşıdır.

«Sanki Belarus Rusiyaya Lapşini geri götürməyi təklif etmişdi, lakin o götürmədi. Ukrayna və İsrail də götürmədilər. Başqa sözlə, bu ölkələr Azərbaycan tərəfinin tələbi ilə belarusların saxladığı vətəndaşlarını geri almadılar, belə olan halda, o, Belarus tərəfinin nəyinə lazımdır? O, Belarus vətəndaşı deyil. Buna görə də, Azərbaycana təhvil verdilər», - jurnalist bildirib.

Radiostansiyanın baş redaktoru əlavə edib ki, Rusiya öz vətəndaşını geri tələb edə bilərdi.

«Bilirsənmi, biz təyyarəçi Yaroşenkonu geri tələb etmişdik... bəs niyə Lapşini tələb etmədik? Niyə Klimkin tələb etmədi? Netanyahu tələb etmədi? Sənə deyim: heç kim Azərbaycanla münasibətləri korlamaq istəmir. Bütün bu hadisələrin nəticəsi ona gətirib çıxardı ki, bir şəxsə aid məsələ əsl geosiyasətə çevrildi və bu vəziyyətdə Azərbaycan MDB ərazisində özünü nəhəng kimi nümayiş etdirdi... İsrail münasibətləri korlamaq istəmir. Azərbaycan İsrailin müttəfiqidir, orada güclü silah təchizatı gedir. Ukrayna münasibətləri korlamaq istəmir, çünki İlham Əliyev, bildiyimiz kimi, Poroşenkonu dəstəkləyir. Rusiya münasibətləri korlamaq istəmir: bizim əbədi neft-qaz maraqlarımız...», - Venediktov aparıcının sualına cavab verib.