vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
11:59 | 4 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1828 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Minsk Kiyevin yolu ilə gedir?

Belarusda rus dilinin qadağan olunması çağırışları səslənir

Azər NURİYEV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Postsovet məkanına daxil olan ölkələrdə rus dilinin oynadığı rol və onun ən önəmli dillər sırasında olması hər kəsə bəllidir. Milli respublikalar müstəqillik əldə etdikdən sonra bir sıra ölkələr, konkret olaraq Baltikyanı ölkələr rus dilindən birdəfəlik imtina etsələr də, yerdə qalan ölkələrdə bu dil öz prioritet mövqeyini qoruyub saxladı. Lakin illər keçdikcə rus dili artıq Rusiyanın münaqişə vəziyyətində olduğu ölkələrdə, hətta bu problem yaşanmayan ölkələrdə də ikinci plana keçir. Söhbət konkret olaraq Gürcüstan, Ermənistandan, Ukrayna və Belarusdan gedir.

Bir neçə il əvvəl Ermənistanda rus dili ilə bağlı güclü qalmaqal yaranmışdı. Hətta Rusiyanın bu ölkədəki səfiri Vyaçeslav Kovalenko rus dilinə olan hörmətsiz münasibətdən şikayət etmişdi. O, Putin administrasiyanın əsas fiqurlarından sayılan Dmitri Kiselyovla birlikdə rus dilinin Ermənistanda ikinci dövlət dili olmasını təklif etmişdi. Bu təklif Yerevanda böyük etirazla qarşılanmışdı. Yerevandakı «Rusiya» ictimai təşkilatının rəhbəri Yuri Yakovlev da onlarla həmfikir olmuşdu. O bildirmişdi ki, azsaylı etnik ruslar və rusdilli əhali özünü Ermənistanda diskomfort vəziyyətdə hiss edir və hüquqları dövlət tərəfindən lazımi səviyyədə qorunmur, onlar ölkənin sosial-ictimai həyatına qatıla bilmirlər. Onun sözlərinə görə, erməni məktəblərində rusdilli siniflərə qəbul ciddi şəkildə məhdudlaşdırılıb. Qazaxıstanda da vəziyyət getdikcə rusların xeyrinə olmayan istiqamətdə gedir. Belə ki, prezident Nursultan Nazarbayev bu yaxınlarda latın dilinə keçidlə bağlı işləri sürətləndirməyi tapşırıb. Gürcüstana gəldikdə, bu ölkədə ümumiyyətlə, sovet dönəmindən rus dilinə maraq az olub. Rus dilinin dominant mövqeyə malik olduğu Ukraynada da vəziyyət qənaətbəxş deyil. Maraqlı olan odur ki, artıq Belarusda da analoji təhlükə yaranıb.

Ədəbiyyat üzrə Nobel mükafatçısı, Belarus vətəndaşı Svetlana Aleksiyeviç bu günlərdə verdiyi qalmaqallı müsahibəsində bildirib ki, rus dili ölkədə ləğv edilməlidir. Onun qənaətincə, Belarusun dirçəlməsi məqsədilə bu adımı atmaq gərəkdir. Nobel mükafatçısı hesab edir ki, Belarusda ruslaşdırma prosesi ona gətirib çıxarıb ki, əhali başdan-ayağa rus dilində danışır. Məlumat üçün bildirək ki, 1995-ci ildə Belarusda ümumxalq referendumu nəticəsində rus dilinə dövlət statusu verilib. O dövrdən də rus dili ikinci dil kimi bütün dövlət və təhsil müəssisələrində işlədilir. Lakin son illər Belarus hakimiyyətinin siyasi kursunda baş verən köklü dəyişikliklər dilə də təsirsiz ötüşmür. Rəsmi Minsk daha çox Rusiyanın Krımı işğal etməsindən sonra sürətlə «belaruslaşma» siyasəti yürütməyə başladı. Əvvəllər belarusları «rus» adlandıran ölkə prezidenti Aleksandr Lukaşenko artıq fikirlərində redaktələr etməyə başlayıb. «Biz rus deyil, belarusuq» -  prezident tez-tez bu sözləri işdir. Nəticədə, Belarusda rusdilli toponimika tədricən itməyə başlayıb – bütün küçə adları, metro stansiyaları və digər bu kimi yerlər Belarus dilində səsləndirilir. Bundan əlavə, respublikada Belarus dilinin populyarlaşdırılması məqsədilə yeni aksiyalar keçirilir. Məmurlar, o cümlədən yüksək təbəqə əhalini milli ifadələrdən tez-tez istifadə etməyə çağırır. «Belaruslaşdırılma» prosesi sürətləndirilsə də, belarusların böyük əksəriyyəti hələ də rus dilindən geniş şəkildə istifadə etməkdədir. Düzdür, rus dilinə Ukraynadakı kimi nifrət güclü olmasa da, hər halda arabir çağırışlar səslənir. Və bu çağırışlar daha çox sosial şəbəkələrdə aparılır.

Son illər ölkədə Belarus dilinin qorunub saxlanılması üçün bütöv bir təbəqə peyda olub. Əsas etibarilə onlar fəaliyyətlərini xidmət sahəsində çalışanların və sosial şəbəkə istifadəçilərinin şikayətləri əsasında qururlar. Maraqlıdır ki, dövlət də onların aktiv şəkildə fəaliyyət göstərmələrinə şərait yaradır. Məsələn, belaruslu məşhur bloger Qleb Lobodenko yerli mənzil istismarı sahəsindən şikayətçi olduğunu bildirib. Blogerin Belarus dilində yazdığı məktuba rus dilində cavab daxil olub. Ölkə qanunvericiliyinə görə, dövlət instansiyalarından müraciətlərə mütləq milli dildə cavab verilməlidir. Ardınca bloger prokurorluğa müraciət edib. İnzibati qanunvericiliyin pozulması faktı üzrə cinayət işi qaldırılıb. Nəticədə məhkəmə cavabdeh tərəfi cərimə edib. Bu fakt Belarus tarixində rus dilindən istifadəyə görə çıxarılan ilk məhkəmə qərarı idi. Lakin sonra bəlli olub ki, sonuncu hal deyil. Belə hallar artıq kütləvi hal almağa başlayıb.

«Dil qoruyucuları»nın qurbanları, adətən kiçik ranqlı məmurlar, xidmət sferasının işçiləri olur. «Xidmətçi mənə Belarus dilində cavab vermədi» - şikayətlərdə belə hallara rast gəlmək mümkündür. Qomel sakini, qatı millətçi İqor Sluçak ən azı üç nəfər barəsində cərimə cəzasının çıxarılmasına nail olub. Onun iddialarından birində sosial şəbəkələrdə bir nəfərin Belarus dilini ölü dil adlandırmasından şikayət etdiyi göstərilir.

Dil ilə yanaşı, rus simvolikasına qarşı da mübarizə aparılır. Milli qüvvələr mütəmadi olaraq şəhər avtobuslarında rus üçrəngli bayrağı, simvolikalarının asılmasından şikayət edirlər.