vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:44 | 6 iyul 2017 | Cümə axşamı Məqaləyə 2496 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya səfirini Bakıdan geri çağırır?

Zaxarova suala cavab vermədi...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə bəzi Azərbaycan KİV-ləri xəbər yayıblar ki, Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin geri çağırılacaq. Onu Georgi Zuyev əvəzləyəcək. Bildirilirdi ki, Dövlət Dumasının MDB işləri komitəsi Zuyevin səfir vəzifəsnə namizədliyini dəstəkləyib. Səfirin geri çağırılacağı haqda xəbər «İnterfaks»da yer alsa da hazırda həmin xəbər yığışdırılıb.

Bu gün Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə səfirlə bağlı suala cavab verib. Zaxarova bildirib ki, diplomatların yerdəyişməsi XİN-in rotasiya qaydaları əsasında həyata keçirilir. «Hazırda planlaşdırılmamış heç bir rotasiya aparılmır, bütün yerdəyişmələr bu və ya digər namizədin Rusiya prezidenti tərəfindən təqdim olunmasından sonra müvafiq strukturlar arasında razılaşdırılaraq həyata keçirilir», - Zaxarova suala birbaşa cavabdan yayınaraq deyib.