vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ƏDƏBİYYAT  
11:03 | 6 iyul 2017 | Cümə axşamı Məqaləyə 3348 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bağışla ki, mən səni tanımırdım...»

Leyla Əliyeva iki yaşlı Zəhraya şeir həsr elədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ötən axşam Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızına şeir həsr edib.

«Qafqazinfo» xəbər verir ki, o, rəsmi instaqram hesabında mələk obrazında, qanadları olan qız şəkli paylaşıb. Leyla Əliyeva şəklə öz yazdığı şeiri əlavə edib.

Rus dilində yazılan şeiri L.Əliyeva «Zəhra haqda xatirə» adlandırıb. O, misralarda Zəhraya ünvanlanan bir neçə xitabdan istifadə edib - «Səni niyə öldürdülər?», «2 yaşında sənin günahın nədir?», «Söylə, sən dənizdə çimirdinmi? Uçan quşları görürdünmü?», «Bizim evimizə bu boyda kədəri kim saldı?».

Fondun vitse-prezidenti şeirdə əlavə edib ki, Zəhra bizim aramızdan mələk kimi getdi: «Bağışla ki, mən səni tanımırdım, bağışla ki, bütün ölkə ağlayır».


Niyə öldürdülər, de, səni axı?

O körpə canına necə qıydılar?

İki yaşlı qızın nəymiş günahı –

Aparıb soyuq bir qəbrə qoydular! 

Dağları, düzləri sevirdin yəqin,

Qaçırdın otluqda ayağıyalın…

Zərif izlərini kim sildi sənin –

O hansı cəlladdı, o hansı zalım?!_ 

Heç mavi dənizdə çimmişdinmi sən,

Durub baxmışdınmı uçan quşlara?

İndi hara qaçaq dərdin əlindən,

Kim bizi qərq etdi göz yaşlarına? 

Cəllad gülüşüylə durub, yaxından

Tutdular gülləyə, qurşuna səni;

Sənsə köçüb getdin şirin yuxuda...

İlahi, sən özün bağışla məni! 

Sıxır ürəyimi, sıxır bu ağrı –

Bu yara heç zaman sağalan deyil!

Nədən o körpəyə qıydınız axı?

Axı neyləmişdi sizə o tifil? 

Bağışla məni ki, deyildik tanış!

İndi bütün ölkə yas tutub sənə…

Həyat yollarında addım atmamış

Uçdun mələk kimi uca göylərə! 

Niyə öldürdülər, de, səni axı?

Nə cavab verəcək zalım, nə üzlə?

Solan çiçəklərin nədir günahı

O bircə qarışlıq məzarın üstdə...


Tərcümə: Mahir Qarayev