«Rusiyanı satmağa hazırıq!»
İrəvan Kremli şantaj edir, Sərkisyanın Qərbə sarı artan şübhəli boylanmalarının pərdəarxası
Siyasət şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
Son zamanlar Ermənistandan Qərbə, xüsusilə də Avropaya (Avropa Birliyi və NATO-ya) sarı boylanmalar xeyli artıb. Söhbət işğalçı ölkənin siyasi rəhbərliyindən gedir. Fakt budur ki, axır vaxtlar prezident Serj Sərkisyan və komanda üzvlərinin səsi Moskvadan daha çox, Brüsseldən, Avropa Birliyi və NATO qərargahlarından gəlir.
Bu kontekstdə öncə onu qeyd edək ki, hazırda Ermənistanla Avropa Birliyi arasında ikitərəfli anlaşma sənədinin imzalanması yönündə danışıqlar intensivləşib və faktiki, sonuncu mərhələyə girib. Sənədin bu ilin payızında (noyabrda) imzalanacağı deyilir. Artıq Avropa Birliyi (AB) bununla bağlı İrəvandan gözləntilərini konkretləşdirib.
«Avropa Birliyi Ermənistandan vədlər yox, konkret hərəkətlər gözləyir». Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, bu barədə dünən təşkilatın aparıcı üzv ölkələrindən olan Polşanın Ermənistandakı səfiri Mare Novakovski AzadlıqRadiosunun erməni redaksiyasına müsahibəsində «noyabrda Ermənistanın müqaviləni imzalamamaq riski varmı» sualına münasibət bildirərkən deyib.
«Biz hazırıq və qapılarımız Ermənistanın üzünə açıqdır. Prezidentlər Donald Tusk və Serj Sərkisyanın birgə bəyanatından çıxış edərək, biz bu sənədin imzalanmasını gözləyirik. Avropa Birliyinin Ermənistandakı nümayəndəsi Svitalskinin də qeyd elədiyi kimi, biz hamımız erməni tərəfdaşlarımızdan konkret hərəkətlər gözləyirik, vədlər yox», - deyə diplomat açıq bildirib və ardınca zarafatyana əlavə edib: «Baxın, mən barmaqlarımı bir-birinə çarpazlaşdırıb deyirəm: belə bir risk yoxdur, amma bununla belə, barmaqlarımı da çarpazlaşdırıram», (Adətən uşaqlar yalan danışanda barmaqlarını çarpazlaşdırır - red.)
***
Amma rusun məsəli olmasın, «hər zarafatda bir həqiqət payı var». İş də elə sözügedən anlaşmanın reallaşmasına rəsmi Moskvanın mümkün reaksiyasındadır. Yəni İrəvan nə qədər özünü müstəqil göstərməyə çalışıb sərbəst addım atmaq istəsə belə, içində Rusiyadan dolayı bir qorxu, xof yaşanır. Polşalı diplomat da bunu bilir və o üzdən bir az da məzəli formada fikrini tamamlayıb.
Ermənistanın xofu isə əsaslıdır. Ən azı ona görə ki, təxminən 4 il öncə də bənzər sənəd müzakirə edilirdi və imzalanmaq ərəfəsində idi. Amma son anda Putin imkan vermədi, 2013-cü il sentyabrın 3-də Sərkisyanı Moskvaya çağırıb qulaqburması verdi və onu Avropa Birliyinə deyil, Avrasiya Birliyinə qoşulmağa məcbur elədi.
Özü də o vaxt Ermənistan Rusiyanın dominant olduğu Avrasiya İqtisadi Birliyinə Dağlıq Qarabağsız daxil oldu. İrəvanın separatçı rejimi ora dartıb aparmaq arzusu ürəyində qaldı. Azərbaycanın qurumdakı dost-tərəfdaşları - Qazaxıstan, Belarus buna imkan vermədi. O vaxt bu qərardan Sərksiyanın sifətinin necə qaraldığı yəqin ki, yaddaşlardadır...
***
Sözsüz ki, Rusiyanın marioneti olan bir «dövlətin» Kremlin izni olmadan rəqib geosiyasi düşərgəyə tərəf getməsi qeyri-mümkün məsələdir. Amma fakt budur ki, Sərkisyan rejimi bununla bir daha Qərbə, Avropaya xəfif şəkildə mesaj göndərir ki, o, istənilən an Rusiyanı satıb Avropanın ağuşuna atıla bilər - özü də Dağlıq Qarabağla birgə.
Əlbəttə ki, Moskva bu incə çatdırışların fərqindədir və İrəvanın bütün gedişlərini diqqətlə izləyir. Ola bilsin, o, hələlik yenə Ermənistana hansısa kart-blanş verib, lakin məqamı yetişəndə, maraqlar diktə edəndə Kreml 2013-cü ilin sentyabrındakı kimi yenə «düyməyə» basacaq.
Bu, öz yerində, Ermənistan üçün daha iki sərt reallıq var. Məsələ ondadır ki, işğalçı ölkə Avrasiya Birliyi ölkələri kimi, Avropa Birliyi ölkələri ilə də həmsərhəd deyil.
İkincisi isə, Rusiya qarşısında daha sərbəst olan Azərbaycan Avropa Birliyinə qat-qat çox lazımdır, nəinki Ermənistan. Çünki dənizə çıxışı olmayan işğalçı ölkə üstəlik, nə mühüm coğrafi mövqeyə, nə strateji təbii resurslara malikdir; üstəlik də Rusiyadan güclü asılılıq.
Aydındır ki, Azərbaycan öz təbii coğrafi və digər üstünlükləri hesabına Ermənistanın konkret olaraq Dağlıq Qarabağ məsələsində uğurlu mövqe qazanmasına imkan verməyəcək. Brüssellə Bakı daha önəmli bir müqavilə imzalayacaq. Başqa sözlə, İrəvanın təhdidi elə özünə qalacaq...