vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
17:39 | 10 iyul 2017 | Bazar ertəsi Məqaləyə 2076 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ETTELAAT-ın tələbinə məhəl qoymadı

Azərbaycanlı milli-mədəni fəal Qasim Mahmudi saxlanılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Kəleybər Azad Universitetində bədən tərbiyəsi və idman ixtisası üzrə təhsil alan öyrənci fəal Qasım Mahmudi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə fəalın yaxınlarında biri GünAz TV-yə məlumat verib.

Onun sözlərinə görə, fəal Kəleybər ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

«İyunun 28-də ETTELAT İdarəsi Qasım Mahmudi və onun qardaşına Babək qalası yığıncağı ilə bağlı xəbərdarlıq edərək təhdid edib ki, yığıncağa qatılacaqları təqdirdə yaxalanıb və həbs olunacaqlar. Lakin Qasım Mahmudi öz vətəndaş hüquqları ilə tanış olan bir şəxs kimi ETTELAT İdarəsinin qanunsuz tələbinə məhəl qoymadan Babək qalasında keçirilən dinc yığıncaqda iştirak edib», - deyə fəalın yaxını əlavə edib.

Məhkəmə iyunun 30-da Babək qalası yığıncağında tutulan fəalların müvəqqəti azadlığa buraxılması üçün mülki vəsiqə qərarı çıxarıb. Qasım Mahmudi həmin fəalların sərbəst buraxılması üçün vəsiqə tədarük etməyə çalışıb. O bu istiqamətdə fəaliyyət etdiyi bir vaxtda ETTELAAT əməkdaşları tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.