vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AVROPA  
20:03 | 10 iyul 2017 | Bazar ertəsi Məqaləyə 1470 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO-dan Ukraynaya kiberdəstək

«Hücumlar hibrid savaşın tərkib hissəsidir»

MÖVZU İLƏ ƏLAQƏLİ

«NATO iyunun 27-də baş vermiş kiberhücumun təhqiqatını aparmaqda Ukraynaya kömək edir». Lent.az bildirir ki, bunu Ukraynada səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. «Son günlər biz Ukraynaya kibermüdafiə üçün müasir avadanlıqlar verdik və bu günlərdə baş vermiş kiberhücumun yaxşı araşdırılması üçün hökumət qurumlarına yardım edirik», - deyə baş katib söyləyib.

Ukrayna prezidenti Petro Poroşenko isə genişmiqyaslı kiberhücumun Rusiya tərəfindən təşkil olunduğunu bildirib. O qeyd edib ki, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq Ukrayna-NATO əməkdaşlığının əsas istiqamətidir: «Kiberhücumlar hibrid savaşın tərkib hissəsidir. Bizdə sübutlar var ki, son hücumlar Rusiya tərəfindən təşkil olunub. Bizim nazirliklərimiz, Ukrayna Təhlükəsizlik Xidməti həm kiberhücumlardan müdafiə olunmaq, həm də bu hücumları aşkara çıxarmaq və xəbərdarlıq məqsədilə xüsusi avadanlıqlar və təchizat alır».

Xatırladaq ki, iyunun 27-də Ukrayna dövlət qurumları və şirkətləri intensiv kiberhücumlara məruz qalıb. Minlərlə kompüter monitorda özünü «Petya» kimi təqdim edən «Locker 256» virusuna yoluxub.