vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SƏHİYYƏ, ORDU  
20:25 | 10 iyul 2017 | Bazar ertəsi Məqaləyə 1262 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hərbçi Həsən Nağıyev sağ-salamatdır»

Müdafiə Nazirliyi: «Yalan məlumatlar düşmən maraqlarına xidmət edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Müdafiə Nazirliyi (MN) «Vətən Sağ Olsun» adlı «Facebook» sosial şəbəkə istifadəçisinə istinadən Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Nağıyev Həsən Əli oğlunun 2 iyul 2017-ci il tarixdə Ağdam istiqamətində erməni snayperi tərəfindən vurularaq həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar sorğuya cavab verib.

Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, Nağıyev Həsən Əli oğlu həqiqətən Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib, 2017-ci ilin yanvar ayında ordu sıralarından ehtiyata buraxılıb, hazırda sağ-salamatdır və Şəmkir rayonunda yaşayır.

Müdafiə Nazirliyi bildirir ki, dəqiqləşdirilməmiş yalan məlumatların sosial şəbəkələrdə yayılması düşmən maraqlarına xidmət edir və ictimaiyyətdə yanlış fikir formalaşdırmaqla Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirmək məqsədini daşıyır.