vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
11:18 | 11 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1262 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran Qarabağa hücum etmək istəyir?

Erməni KİV -lərinin iddiası; Rusiya və Ermənistan təhlükəsizlik xidmətləri bir araya gəlib

MÖVZU İLƏ ƏLAQƏLİ

«İran Qarabağa hücum etmək istəyir». Erməni KİV-lərinin Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İrandan sərhəd pozucularının Dağlıq Qarabağa sərhəd müdaxiləsi cəhdlərinin qarşısının alınması üzrə birgə təlimləri barədə məlumatlarını yalnız belə adlandırmaq olar.

Bu məlumdur ki, artıq uzun illərdir Rusiya Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyur. Maraqlısı da budur ki, bütün dünya ölkələri, o cümlədən Ermənistan da daxil olmaqla Kreml heç cür uydurma Dağlıq Qarabağ Respublikasını tanımaq istəmir.

Həm də bəllidir ki, Azərbaycanın bu regionu nə İranla, nə Rusiya ilə, nə də Ermənistanla heç bir sərhəddə malik deyil. Bu təlimlərin bütün ssenarisini İrəvanda düşünüblər. Orada hansısa yolla çalışırlar ki, Qarabağın adı Rusiya və Ermənistanla birlikdə çəkilsin.

Dünyanın hansısa ölkəsində hansısa evin və ya küçənin sakinləri Dağlıq Qarabağın müstəqilliyini tanıyanda Ermənistan paytaxtında çox sevinirlər. Dərhal hökumətə yaxın ekspertlər, politoloqlar şişirdirlər ki, ikinci erməni dövlətinin tanınması ilə bağlı hansısa mikroaddım atılıb. Son zamanlarda erməni rəhbərliyi belə xəbərlə özünü sevindirə bilmir. Buna görə də İrəvan rejimi təlim adlandırdığı bu oyunu düşünüb ki, Qarabağın adı ilə Ermənistanı və Rusiyanı bir araya gətirsinlər.

Görəsən, İranda bilirlərmi ki, onlar Qarabağa güclü hücum hazırlayırlar? (İstipress.com)