vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
QƏZA, FACİƏ  
14:44 | 11 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 3985 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...«JEK» rəisi kabinetində öldü

Hacı Cavad məscidinin sökülməsində fəallıq edən...

Ülviyyə XUDİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 8-də kabinetində dünyasını dəyişən 43 saylı Mənzil kommunal istismar sahəsinin rəisi Yusif Əhmədovun Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin yaxın adamı olduğu bildirilir.

İmam Hüseyn məscidinin axundu Hacı Əbdül isə bildirib ki, Y.Əhmədov Hacı Cavad məscidinin sökülməsində fəal iştirak edib.

Xatırladaq ki, məscid 43 saylı Mənzil istismar sahəsinin ərazisində yerləşib.


***


12:40

Yasamal rayonundakı 43 saylı Mənzil kommunal istismar sahəsinin («JEK») rəisi Yusif Əhmədov iş otağında dünyasını dəyişib.

Bu barədə virtualaz.org saytına həmin «JEK»-dən məlumat veriblər.

Xəbərdə deyilir ki, Y.Əhmədov ürək tutmasından keçinib.

Qeyd edək ki, sosial şəbəkələrdə məhrumun «Hacı Cavad» məscidinin sökülməsində iştirak etdiyi yazılıb.