vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
SƏHİYYƏ, ORDU  
16:54 | 11 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2082 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lazer silahların istehsalına hazırlaşırıq

2020-ci ilə qədər Azərbaycan müdafiə sənayesinin məhsulları arasında uzaqmənzilli raket sistemi də olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsi Azərbaycanı müdafiə sənayesini əhəmiyyətli dərəcədə gücləndirməyə sövq edib. Bu barədə «Defence Industry Bulletin» nəşrində dərc olunan müsahibədə bildirilib.

Azərbaycanın müdafiə sənayesi nazirinin baş müşaviri Azər Məmmədov nəşrə müsahibəsində deyib ki, ordumuzun daha güclü silahlarla təchiz olunması ilə yanaşı, böyük həcmdə silah və avadanlıqların ixracının artırılması istiqamətində səylər göstərilib.

O, qeyd edib ki, məhz bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri «dünyanın ən güclü ordusu» reytinqində 59-cu yeri tutub, Ermənistan isə 95-ci pillədə qərarlaşıb.

«Azərbaycan silahları NATO standartlarına uyğundur», - deyə nazirin baş müşaviri vurğulayıb.

A.Məmmədovun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi 2020-ci ildə uzaq mənzilli raket sistemi və elektromaqnit (lazer) silahların istehsalının həyata keçirilməsi üzərində işlər aparır.

Məqalədə qeyd olunub ki, Azərbaycanın xarici tərəfdaşlarla inkişaf etdirmək istədiyi digər sektor pilotsuz sistemlərdir. Rəsmi Bakı üçün bu sektorda qurğuların alınması və İsraillə birgə istehsalı mühüm əhəmiyyəti daşıyır.

Azərbaycanın Silahlı Qüvvələri «IAI Herons» istifadə edir, yerli istehsalçı olan «AZAD» müəssisəsi isə «Aerostar Tactical UAV Aeronautics Ltd» pilotsuz uçuş aparatları (PUA) istehsal edir.

Azər Məmmədov, həmçinin təsdiqləyib ki, Azərbaycan İsraillə birgə istehsal olunan «Harop» dronlarından da istifadə edib.

Onun sözlərinə görə, «AZAD» müəssisəsi hazırda «Zarba-1K» proqramının həyata keçirilməsinə diqqət ayırıb. Kəşfiyyat-zərbə PUA kumulyativ başlıqla təchiz olunub. Yaxın bir neçə ayda qurğunun sınaqdan keçirilməsinə başlanılacaq.

Qeyd edək ki, kumulyativ başlıqlı PUA düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edərək məhv etmək iqtidarındadır. (azvision.az)