vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
OLAY  
18:55 | 11 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2921 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident avtoxuliqan oğulun general atasını işdən qovdu

Rüstəmin özbaşınalığı Novruzəli Orucova baha başa gəldi

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev Novruzəli Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Generalın vəzidəsindən azad edilməsi oğlu Rüstəm Orucovun yol hərəkəti qaydalarını pozması və avtobus sürücüsünü döyməsinə görə saxlanılmasından sonra baş verib.

Xəbər verdiyimiz kimi, avtomobil idarə etmək hüququndan məhrum olunmuş Rüstəm Orucov qanunsuz olaraq 10-OG-300 nömrə nişanlı BMW markalı avtomobilin sükanı arxasında yol hərəkəti qaydalarını pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı iradlarına səbəb olub.

Həmin iradlara cavab olaraq, Rüstəm Orucov sərnişinlərin gözü qarşısında avtobus sürücüsünə hücum edib və xuliqanlıq hərəkətləri edərək, onu döyüb. Yüksək rütbəli insanın oğlunun bu cür qanun pozuntuları ilk dəfə deyil ki baş verir. 2014-cü ildə Rüstəm Orucov piyadanı vurmuş və hadisə yerindən qaçmışdı. Sonradan o tutulmuş və 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Müddətin üçdə bir hissəsini çəkdikdən sonra R.Oricov azadlığa çıxmışdı. Lakin zaminə buraxıldığı dövrdə yenidən cinayət törədib. İyulun 4-də Binəqədi Rayon Polis İdarəsində onun barəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Rüstəm Orucov həbs edilib.