vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
21:23 | 11 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

70 faiz ukraynalının Avropaya getməyə pulu yoxdur

Vizanın aradan qalxması hələ əsas deyil

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynalıların 70 faizdən çoxu Avropa İttifaqı ölkələrinə səfər etmək fikrində deyil, çünki bunun üçün lazım olan qədər vəsaitləri yoxdur. Virtualaz.org xəbər verir ki, bu rəqəm Ukraynanın Qorşenin İnstitutunun Fridrix Ebert Fondunun Ukrayna və Belarus təmsilçiliyi ilə birgə keçirdiyi sorğunun nəticəsində məlum olub.

Rəyi soruşulanların 71,6 faizi bildirib ki, 11 iyun tarixində Aİ ölkələrinə səfər etmək üçün viza almaq zərurəti aradan qalxsa da, yaxın 1 il ərzində Avropaya səfər etmək niyyətində deyillər. Başlıca səbəb imkansızlıqdır.

Respondentlərin 57,1 faizi deyib ki, ümumiyyətlə, indiyə qədər xarici ölkələrdə olmayıblar.


***


Ukrayna özündə isə ölkəyə gələn bütün xarici vətəndaşlar üçün biometrik nəzarət sistemini tətbiq edəcək.

Bunu Ukrayna prezidenti Petro Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında deyib.

Onun sözlərinə görə, sərhədi keçən hər bir xarici vətəndaşdan biometrik məlumatlar, o cümlədən barmaq izləri, rəqəmsal fotoşəkil alınmalıdır.

P.Poroşenko qeyd edib ki, bu tədbirlər terrorçuluqla mübarizə imkanlarını gücləndirəcək və cəmiyyət tərəfindən yaxşı qarşılanacaq.