vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
13:30 | 12 iyul 2017 | Çərşənbə Məqaləyə 2036 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Prezidentlərin görüşü baş tuta bilər»

XİN başçılarının isə növbəti dəfə Nyu-Yorkda bir araya olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və Ermənistan xarici işlər nazirləri çərşənbə axşamı Brüsseldə baş tutan görüş zamanı iki ölkə arasında yüksək dərəcəli görüş təklifini Azərbaycan və Ermənistan prezidentlərinə məruzə etməyə razılaşıblar, Minsk Qrupu həmsədrlərinin bəyanatında deyilir.

Görüşdə iştirak edən ATƏT-in Minsk Qrupunun Həmsədrləri - Riçard Hoqland (Richard Hoagland) (ABŞ), Stefan Viskonti ((Stephane Visconti) (Fransa) və İqor Popov (Rusiya) bu görüşün təşkilinə öz köməklərini də təklif edib.

Azərbaycan XİN-in rəsmi bəyanatına görə, prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb.

Minsk Qrupunun bəyanatında bildirilir ki, Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər Naziri Edvard Nalbəndyan görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı işlərin daha da genişləndirmək formalarını müzakirə edib.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb.

Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik (Andrzey Kasprzyk) də iştirak edib.

Görüşdə qoşunların təmas xəttindəki cari vəziyyət də müzakirə olunub.

Nazirlər və həmsədrlər sentyabrda Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində yenidən görüşmək barədə razılığa gəliblər.

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir. 1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verir.