vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
14:01 | 12 iyul 2017 | Çərşənbə Məqaləyə 2916 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağalarov-Tramp-Veselnitskaya qalmaqalı böyüyür

ABŞ-ın xüsusi prokuroru Robert Müller araşdırmalara başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Kremlin Amerika seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller azərbaycanlı oliqarx Araz Ağalarovun və oğlu Emin Ağalarovun Trampın oğlunu rusiyalı vəkillə görüşdürməsi faktını araşdırmağa başlayıb.

Virtualaz.org xəbər verir ki, bu barədə CNN telekanalının yaydığı məlumatda deyilir. Bildirilir ki, xüsusi prokuror Donald Tramp-juniorla hüquqşünas Natalya Veselnitskaya arasında təmasların bütün detallarını araşdıracaq.

Trampın oğlunun ötən ilin yayında Emin Ağalarovun təklifi ilə Nyu-Yorkdakı «Trump Tower» də rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşdüyünə dair məlumatı bir gün əvvəl «The New York Times» yayıb. Geniş rezonansa və qalmaqala səbəb olan bu məlumatın yayılması prezident Trampın Almaniyanın Hamburg şəhərində G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ilk görüşündən sonraya təsadüf edib. Həmin görüşdə tərəflər iki ölkə arasında münasibətlərin qaydaya salınmasına dair danışıqların başlanmasında anlaşma əldə etmişdilər.

CNN bildirir ki, Donald Trampın oğlu bundan əvvəl də xüsusi prokurorun təhqiqat obyekti olub. Onun biznes əlaqələri araşdırılıb. İndi isə Robert Müller, keçmiş FTB direktoru prezidentin oğlunun elektron yazışmalarını, habelə Rusiya hakimiyyətinin maraqlarını təmsil etdiyi deyilən hüquqşünas Veselnitskaya ilə görüşünü araşdıracaq.

Xatırladaq ki, görüş barədə məlumatın yayılmasından sonra Trampın oğlu Veselnitskaya ilə görüşə dair Tvitter yazışmalarını yayıb. Həmin yazışmalar Trampın oğlu ilə musiqişünas Rob Qoldsteyn arasında gedir. Qoldsteyn Trampın oğluna bildirir ki, Rusiyadan ona Hillari Klintonun əleyhinə kompromatlar ötürmək istəyirlər. O, həmin məlumatı Emin Ağalarovdan aldığını bildirir. Qoldsteynin yazdığına görə Emin Ağalarova da məlumatı atası Araz Ağalarov çatdırıb. Hansı ki, Ağalarov öz növbəsində Klinton barədə kompromatlara dair informasiyanı hansısa «krallıq prokuroru»undan alıbmış. Həmin prokuror Ağalarovdan xahiş edib ki, Trampın seçki qərargahı ilə əlaqə yaratsın və Hillari Klinton barədə «məxfi dosyenin» olduğunu onlara çatdırsın. Ehtimal olunur ki, söhbət baş prokuror Yuri Çaykadan gedir. Çayka bu iddiaları şərh etmir.

Yazışmalara əsasən Trampın oğlu Rusiyadan Klinton barədə kompromatları qəbul etməyə razılaşır. Lakin onun bildirdiyinə görə, Veselnitskaya ilə görüşdə məlum olur ki, vəkil əslində heç bir məxfi dosyeyə malik deyil və ümumi məzmunlu söhbətlər edir. Nəticədə Trampın oğlu görüşü yarımçıq kəsir.

Prezident Tramp oğlunun Veselnitskaya ilə bağlı yazışmalarını açıqlamasını bəyənir. O, bu hərəkətinə görə oğlunu «yüksək keyfiyyətli adam» adlandırıb. Lakin Trampın oğlunun şəffaflıq nümayiş etdirməsi tonqalın üstünə yağ tökmək kimidir. Çünki prezidentin oğlu etiraf edir ki, atasının rəqibi barədə Rusiya hakimiyyətindən kompromat qəbul etməyə hazır olub. Və bu məqam Rusiyanın Amerika seçkilərinə Trampın xeyrinə müdaxiləsi barədə qalmaqalı daha da dərinləşdirəcək. Tramp-junior-Veselnitskaya-Ağalarov əlaqələri barədə üzə çıxan məqamlar artıq ABŞ prezidentinə qarşı kütləvi media hücumunun yeni mərhələsini başladıb.