vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
10:20 | 13 iyul 2017 | Cümə axşamı Məqaləyə 2019 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İki il nifrət etdiyim yerdə olacam»

Erməni əsgəri Azərbaycan əsgərinə məktub yazdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Epress nəşri erməni ordusunun müddətli hərbi qulluqçusunun Gürcüstanda tanış olduğu dostuna - Azərbaycan əsgərinə ünvanlanmış məktubunu dərc edib.

Virtualaz.org-un Ermənistan bürosu bildirir ki, məktubda deyilir: «Məni orduya çağırdılar və iki il məndə nifrət oyadan yerdə olacağam. Biz ölkələrimizin münaqişəsi haqqında çox danışırdıq və səndə bütün bunlara mənim baxışlarım haqda ümumi fikir var. Beləliklə, sənə yazıram ki, xatırlayasan. Bir çox millətçilərin, nasistlərin, psevdopatriotların və başqalarının içərisində, həmçinin mən də xidmət edirəm. Və sən erməni milləti (dolaşıq yazılıb - red.) və erməni ordusu haqqında nə eşitsən də, bil ki, mən də oradayam. Böyük nifrətlə və seçim haqqı əlindən alınmış vəziyyətdə».

Hərbçinin qeyd etdiyi kimi, ona təskinlik verən yeganə məqam odur ki, iki ildən sonra azad olacaq və onda üzərində «boynuna dolanmış heç bir borc» qalmayacaq.

«Uğurlar sənə, qardaş və bil - bizim kimiləri az deyil!» – deyə erməni əsgəri azərbaycanlıya yazdığı müraciətini tamamlayıb.