vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
19:45 | 13 iyul 2017 | Cümə axşamı Məqaləyə 1888 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD tərəfdarları Azərbaycana buraxılmır

Onların bir neçə ölkənin saxta pasportları olub

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 7-də «Türk Hava Yolları»nın saat 01:35 reysi ilə İstanbuldan Bakıya vətəndaş nikahında olan Yevgeni Koçaari (1990-cı il təvəllüdlü) və Svetlana Uxanova (1993) ailə cütlüyü və onların uşaqları – Yelizaveta Uxanova (2011) və Əminə Koçaari (2016) deportasiya olunmalı idi. Onların hamısı Rusiya Federasiyasının vətəndaşlarıdır. Virtualaz.org-un mənbələrinin bildirdiyinə görə, Svetlana və Yevgeninin İŞİD terror qruplaşması ilə əlaqələri var və ola bilsin ki, onlar Türkiyə vasitəsilə Suriya ərazisinə keçmək istəyiblər.

Lakin Azərbaycana deportasiya baş tutmadı: vətənlərində - Rusiyada doğmalarının neçə həftədən bəri axtardıqları şəxsləri hava limanında Türkiyə polisi həbs etmək qərarına gəldi.

Bəs nəyə görə iki böyük və iki uşağı məhz Azərbaycana deportasiya edirdilər? (Doğmalarının iddiasına görə, bu barədə onlara rusiyalı diplomatlar məlumat verib). Ailəyə yaxın mənbələr bildirir ki, Koçaari və Uxanovanın, həmçinin onların uşaqlarının, ola bilsin ki, saxta Azərbaycan pasportları var. Eyni zamanda, virtualaz.org-a məlum olub ki, Azərbaycanda Yevgeninin qohumları yaşayır.

Amma necə olursa olsun, 7 iyulda bu ailə «Türk Hava Yolları»nın reysinə yetişə bilmədi. Qohumları təyyarəyə bilet almışdılar vəı buna şəxsən əmin olublar. Bir neçə gündən sonra məlum oldu ki, Koçaari və Uxanova Türkiyədə miqrasiya həbsxanasındadırlar və bəzi məlumatlara görə, bu məkan Suriya sərhədinin yaxınlığında yerləşir.

Qeyd etməyə dəyər ki, 6 yaşlı Yelizavetanın bioloji atası onun yalnız Türkiyəyə və yalnız iyunun 30-na qədər səfər etməsinə razılıq verib.

Lizanın babası artıq iyulun 12-də Saratov vilayətinin başçısı Valeri Radayevə müraciət edərək, uşaqların qaytarılmasında kömək istəyib.

Bundan əlavə, virtualaz.org-un redaksiyasına Yevgeni Koçaarinin bacısı – Viktoriya müraciət edib. «Sizə müraciət etmək istəyirəm! Lütfən, uşaqları Suriya ilə sərhəddəki miqrasiya həbsxanasından çıxarmaqda yardımçı olun. Orada mənim doğma qardaşım qızı və onun ögey bacısı saxlanılır», - qadın yazır.

Aydındır ki, Uxanov və Koçaari ailələrini daha çox azyaşlı uşaqların taleyi maraqlandırır. Görünür ki, Yevgeni və Svetlana özləri üçün artıq hər şeyi ölçüb-biçiblər və qətiyyən Rusiyaya qayıtmağı arzulamırlar.

Güman edildiyinə görə, saxta Azərbaycan pasportlarından (belə olmayan təqdirdə nəyə görə onları Azərbaycana deportasiya etmək istəyirdilər?) başqa, onların saxta Suriya sənədləri də var. Yaxınlarının sözlərinə əsasən, onlar yenə də Azərbaycana deportasiya edilməklərində israrlıdırlar və artıq bizim ölkədən Misirə yollanmaq arzusundadırlar. Eyni zamanda, onların yanında iki azyaşlı uşaq var və bu uşaqlar nələrin baş verdiyini dərk etmir, valideynlərinin üzündən həbsxanaya düşüblər.

Bu cütlüyün və uşaqlarının gələcək taleyinin necə olacağını demək çətindir. Lakin bu işdə Azərbaycanın adı çox tez-tez hallanır. Bəlkə də, Azərbaycan hakimiyyətinin bu məsələyə diqqət yetirməsinə dəyər, yerli hüquq müdafiəçiləri isə bununla yəqin ki, məşğul olmalıdırlar. Axı söhbət uşaqlardan gedir – Azərbaycan vətəndaşları olmasalar belə, Lizanın 6, Əminənin isə cəmi 1 yaşı var. Vaxt daralır, Türkiyə qanunvericiliyinə görə, deportasiya qısa müddətdə həyata keçirilməlidir...