vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SƏHİYYƏ, ORDU  
21:49 | 13 iyul 2017 | Cümə axşamı Məqaləyə 2500 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sağlamlıq haqqında qanuna vacib əlavə

Azərbaycanda abortun və süni mayalanmanın reklamı qadağan olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin «Əhalinin sağlamlığının qorunması haqqında» Qanuna etdiyi son əlavələri təsdiq edib. APA-nın məlumatına görə, qanunun 11-ci maddəsinə aşağıdakı bəndlər əlavə edilir:


- Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.


- Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamına tələblər «Reklam haqqında» və «Dərman vasitələri haqqında» Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunur».


Bundan başqa qanunun 37-ci maddəsinin dördüncü hissəsi ləğv edilir: «Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, habelə müəyyən edilmiş qaydada yoxlamadan keçməmiş profilaktika, diaqnostika və müalicə üsullarının kütləvi informasiya vasitələri ilə təbliği qadağandır».

50-ci maddənin beşinci hissəsində isə «Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi» sözləri «Kütləvi» sözü ilə, «reklam yayımına» sözləri «reklamına» sözü ilə əvəz edilir.