vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:37 | 14 iyul 2017 | Cümə Məqaləyə 3222 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya səfiri ÜAK-ın bağlanmasından danışdı

Doroxin: «Mövcud olduqları ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidirlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı problemin Rusiyanın siyasəti ilə heç bir bağlılığı yoxdur.

Virtualaz.org bildirir ki, bunu Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin Azərbaycandakı rus icmasının konfransında deyib.

V.Doroxin qeyd edib ki, Konqresin hüquqi dəstəyini təmin etməli olan şəxslər bu işin öhdəsindən gəlməyiblər.

Səfirin sözlərinə görə, onlar ÜAK Rusiya Ədliyyə Nazirliyi tərəfindən dəfələrlə qeydiyyat məsələsi ilə bağlı xəbərdarlıq alsalar da, buna reaksiya verməyiblər: «Bizim fikirmiz budur ki, bütün təşkilatlar mövcud olduqları ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidirlər. Rusiyanın Azərbaycanda fəaliyyət göstərən bütün təşkilatları Azərbaycan qanunvericiliyinə riayət edir».

Rusiyalı diplomat deyib ki, RF üçün Azərbaycanla münasibətlər böyük dəyər kəsb edir: «Və ümid edirik ki, bu insident bizim münasibətlərə heç bir mənfi təsir göstərməyəcək».