vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
13:03 | 14 iyul 2017 | Cümə Məqaləyə 2253 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə NATO-dan üz çevirir?

Yoxsa Rusiya təhlükəsindən rusun öz silahı ilə qorunur ...?

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • ««S-400»lər dost-düşmən tanımayacaq»

Rəsmi Ankara Rusiyadan «S-400» zenit-raket komplekslərinin alışı üçün 2,5 milyard dollar ödəməyə hazırdır. Bu barədə «Bloomberg» agentliyi Türkiyədəki mənbələrə istinadən xəbər verir.

Yüksək vəzifəli türkiyəli məmurun sözlərinə görə, gələn il Ankara Rusiyadan 2 «S-400» batareyası almağı planlaşdırır.

Rusiya tərəfi bu barədə şərh verməyib.

Qeyd olunur ki, Rusiya silah sistemləri NATO standartlarına uyğun olmasa da, Türkiyə bu sistemləri Alyans rəhbərliyi tərəfindən tətbiq edilən məhdudiyyətlərin qüvvədə olduğu regionlarda – Ermənistan və Yunanıstan sərhədlərində, Egey dənizi sahillərində yerləşdirməyi planlaşdırır.

Müəllifin fikrincə, Rusiya istehsallı silahların alışı ilə bağlı saziş onu göstərir ki, Türkiyə NATO-dan üz çevirir. («Trend»)

Digər tərəfdən «S-400»-lər yer-yer və hava-yer tipli raketlərin hücumlardan qoruyan Rusiyanın son model raket sistemidir. Türkiyənin həmin sistemləri Ermənistanla sərhədə yerləşdirilməsi adıçəkilən ölkədən gələ biləcək təhlükələrdən qorunmaq məqsədi daşıyır. Baxmayaraq ki, Ermənistanın Türkiyəyə nəinki raket, heç daş atmağa nə cürəti və nə də potensialı var. Çünki İrəvan nəinki kiməsə hücum etmək, heç özünü qorumaq iqtidarında deyil. Bu zəifliyinə görə də, İrəvan KTMT yaranar-yaranmaz quruma üzv oldu ki, Rusiyanın for-postluq şərtini qəbul etmək qarşılığında təhlükəsizliliyini Moskvanın öhdəsinə buraxsın. Kremllə hərbi müttəfiqlik rəsmiləşəndən sonra Gümrüdəki Rusiya hərbi bazasının şəxsi heyəti artırıldı və silah arsenalı genişləndirildi. Dəfələrlə gücləndirilən bazaya xeyli hücum təyyarələri və «İsgəndər» raket-kompleksinin köhnə modeli gətirildi. Bütün qeyd olunanlardan belə aydın olur ki, Türkiyəyə Ermənistandan hücum olsa-olsa rus birləşmələri tərəfdən ola bilər. Rəsmi Ankaranın qeyd olunan qərarından isə bunu deməyə əsas verir ki, Çankaya Kremlin gözlənilə biləcək hücumundan rusların öz silahı ilə qorunmaq istəyir.