«Vəziyyət belə olmamalıdır»
Azərbaycanlı millət vəkili: «Urmiya gölünü konfrans keçirməklə xilas etmək mümkün deyil»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
“Böyük xalqımın kiçik övladı kimi ...”
Güneyli güləşçi: “... Zəfər bayramımızı təbrik edirəm”
-
Güney Azərbaycan təşkilatlarının növbəti çağırışı
Qərbi Azərbaycanda kürdlərin torpaq iddialarına etiraz bəyanatı yayıldı
-
Səfiyə Qarabaği həbs olunub
Qadın hüquqları müdafiəçisinin harada saxlanıldığı məlum deyil
-
Bankla mərkəzinin rəqəmləri fərqlidir
“Urmiya gölünü canlandırma da ana dilində təhsil vədi kimi səs toplamaq üçün idi”
-
“Gölün uşaqları”
Rejissor Məhəmməd Əlimuradi Urmiya haqda adlı sənədli film çəkib
-
Həbsdə olan PKK-çı azadlığıa buraxıldı
Kürd təşkilatları terrorçunu “siyasi” fəal kimi qələmə verir
-
Göl üçün ayrılan büdcə yox edilib
Rejimdə Urmiya gölünü qorumağa dair siyasi iradə yoxdur
-
Fəalların bəzisi sərbəst buraxılıb
SEPAH etirazlar zamanı saxlanılanların bir çoxuna işgəncə verib
-
“Sən öz vədinə əməl etməmisən”
Millət vəkili: “Nazirlər və səlahiyyətlilər Urmiya gölü barədə məlumat vermək istəmirlər”
-
Ondan çox milli fəaldan xəbər yoxdur
Urmiya gölünün quruması ilə bağlı etirazlarda xeyli aksiya iştirakçısı həbs edilib
-
“Urmiya gölü sadəcə hövzə məsələsi deyil”
Musa Aşüftə: “Problemin həlli üçün Tehranın Azərbaycan bölgəsinə baxışı dəyişməlidir”
-
Etirazlar səngimir
Sakinlər Urmiya gölündə ekoloji durumla bağlı aksiya keçirib
-
“82 faiz pis idarəçilikdən qaynaqlanır”
Ruhulla Həzrətpur: “Rəisi hökuməti gölə bir rial büdcə də vermədi”
-
Rejim Urmiya gölü ilə bağlı hərəkətə gəlib
Qərbi Azərbaycan vilayətinin valisi nazir müavini ilə görüşüb
-
Kürdlərdən Güney Azərbaycana zərbə
İran parlamentinin 4 vəkili Urmiya gölünün bərpasının əleyhinə səs verdi
Güney Azərbaycanın Binab şəhərinin İran parlamentindəki millət vəkili Ziyaolla Ezazi Urmiya gölünün canlandırılması ilə bağlı keçirilən konfransda nəzərdə tutulan layihələrin icra olunmamasını tənqid edib.
«Zab çayından Urmiya gölünə su intiqalı ilə bağlı nəzərdə tutulan layihə hələ də icra olunmayıb. Vəziyyət belə olmamalıdır. Urmiya gölünün canlandırılmasını istəyiriksə, o zaman Zab çayı layihəsi icra olunmalıdır. Biz bu layihənin icra edilməsinə dair ölkə prezidentindən də göstəriş gözləyirik», - deyə millət vəkili bildirib.
Onun sözlərinə görə, «Urmiya gölünün qurumasında əsas səbəblərdən biri də sudan yanlış istifadə üsulu və qənaət məsələsidir. O vurğulayıb ki, əgər sudan düzgün istifadə üsuluna keçilərsə, su qıtlığı ilə bağlı bir çox problem öz həllini tapar».
«Konfrans keçirmək və çıxış etməklə Urmiya gölünü canlandırmaq mümkün deyil. Məncə gölü qurtarmaq üçün ən önəmli məsələlərdən biri sudan istifadə ilə bağlı lazımi mədəniyyəti yaratmaqdır. Bu gün Binabın bütün kəndlərin də içməli su problemi yaşanır. Sudan istifadə üsulu yalnız bannerlər üzərində deyil, həyatda öz əksini tapmalıdır»- deyə o əlavə edib.
Şərqi Azərbaycan Deputatlar Birliyinin rəisi Binab düzündə yaşanan su qıtlığı və problemin həll olunmaması məsələsinə də toxunub. «Binab düzünə su intiqalı layihəsi zəif şəkildə icra olunur. Bölgəyə lazımi su çatdırılmasa, yeraltı su yataqlarında suyun miqdarı artmayacaq. Biz həmçinin icazə verə bilmərik ki, Urmiya gölünü canlandırmaq bəhanəsi ilə bölgənin kənd təsərrüfatı məhv edilsin»- deyə Ziyaolla Ezazi vurğulayıb.
O sözlərinin davamında deyib: «Şərif və Tehran universitetlərinə böyük hörmətim var, lakin Urmiya Gölünü Canlandırma Mərkəzindən elmi araşdırmalarda Binab, Təbriz, Marağa və Urmiya universitetlərinin mütəxəssislərindən istifadə etməsini gözləyirəm. Ona görə ki, bu universitetlərin kifayət qədər elmi potensialı var və dünya səviyyəsində əhəmiyyət kəsb edən layihələrlə bağlı bir çox uğurlara imza atıblar».
Azərbaycanlı millət vəkili Zab çayından Urmiya gölünə su çatdırmaq layihəsindən bəhs etdiyi bir vaxtda, sözdə məşhur ətraf mühit üzrə mütəxəssis Abbas Məhəmmədi, millət vəkilinin sözləri ilə ziddiyyət təşkil edən çıxış edib. O yanlış idarəçiliyi Urmiya gölünün qurumasının əsas səbəbi olduğunu bildirsə də, Zab çayından gölə su intiqal etməyi yalnış hesab edib. «Quranın müqəddəs ayələrində olduğu kimi, Allah hər şeyi lazımi qədər yaradıb. Əgər yalnış müdaxilələr olmasa, gölün əsas hissəsi bərpa olunacaq. Hətta Urmiya gölü yüzdə yüz qurusa belə, yenə də Zab, Xəzər dənizi və ya Van gölündən su intiqal edilməməlidir. Bu çox vəsait tələb edir, həm də təhlükəlidir. Belə şeylər eyni halda yaranışa və ekoloji sistemə uyğun deyil», - deyə o vurğulayıb.
Qeyd edək ki, İranın yüksək rütbəli şəxsləri arasında Urmiya gölündə suyun artması, onun hansı şəkildə bərpa olunması, xərclənən vəsait və s. barədə ziddiyyətli xəbərlərin yayılması adi hala çevrilib. Hal-hazırda göldə suyun səviyyəsinin aşağı düşdüyünə dair çoxlu faktlar var, lakin bəzi İran rəsmiləri hələ də Urmiya gölündə vəziyyətin yaxşılaşdığını iddia edir.