vaxtlı-vaxtında oxuyun! Cümə, 21 iyul 2017
ABŞ dolları 1 USD = 1.7017 AZN
Avro 1 EUR = 1.9590 AZN
Rusiya rublu 1 RUB = 0.0288 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2160 AZN
Türk lirəsi 1 TRY = 0.4821 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
18:12 | 14 iyul 2017 | Cümə Məqaləyə 184 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güneyli türklər Tehranı maraqlandırmır

Şərqi Azərbaycan valisi: ««Təbriz 2018» üçün büdcə vəsaiti ayrılmayıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbriz şəhərinin 2018-ci ilin islam turizm paytaxtı seçilməsi ilə bağlı bir çox iddialara baxmayaraq bu şəhərin 2018-ci ildə turist qəbul etməyə hazırlığı yoxdur, buna səbəb İran rejiminin Azərbaycan şəhərinə büdcə vəsaiti ayırmamasıdır.

Mövzu ilə bağlı Şərqi Azərbaycan valisi İsmayıl Cabbarzadə təmsil etdiyi vilayət məsulları ilə Parlamentin Mədəni Komissiya üzvlərinin birgə keçirdiyi iclasda çıxış edib: ««Təbriz 2018», turizm sənayesində bir dönüş nöqtəsi ola bilər. Lakin hələ hökumət tərəfindən «Təbriz 2018» üçün heç bir büdcə vəsaiti ayrılmayıb. Bu istiqamətdə həmçinin İcra orqanları parlamentdən aldıqları vəsaitlə bağlı əhalinin millət vəkillərinə hesabat verməlidilər», - deyə o bildirib.

Millət vəkilləri büdcə məsələsi ilə ciddi məşğul olmalıdır deyən vali əlavə edib ki, «Təbrizdə 4, 5 ay ərzində bir neçə layihə icra olunmalıdır. Biz isə yalnız mərkəzi orqanlar və nazirliklərin əməkdaşlıq edəcəyi təqdirdə «Təbriz 2018»in layihələri və mərasimlərinin icrasına hazır ola bilərik».

İ.Cabbarzadənin verdiyi məlumata görə, Şərqi Azərbaycan rəhbərliyi «Təbriz 2018» mövzusu ilə bağlı təkcə abadlaşdırma işlərinə diqqəti artırmayıb, eyni halda bir çox komitələr, o cümlədən mədəniyyət komitəsi təşkil edərək 2018-ci ili qarşılamağa hazırlaşır. Məsələn mədəni sahədə islam dünyası üləmalarının konfransı, beynəlxalq xəttatlıq festivalı və s. kimi mərasimlərin keçirilməsi planlaşdırılır.

Bu arada Türkiyənin Təbriz şəhərindəki baş konsulu bu şəhərin 2018-ci ildə islam ölkələrinin turizm paytaxtı seçilməsi ilə bağlı qeyd edib ki, «biz bu işdə Türkiyə olaraq lazımi dəstəyi verməyə hazırıq və inanırıq ki, Təbriz müəyyən etdiyi hədəfə çatmaq üçün bir çox işlər görməlidir».

«Təbrizin islam dünyasının paytaxtı seçilməsi bu şəhər üçün yaxşı fürsət yaradıb. Bu fürsətdən yararlanmaq lazımdır. Məsul şəxslər isə şəhəri dünyaya tanıtdırmaq üçün daha çox cəhd göstərməlidilər», - deyə Türkiyənin baş konsulu bəyan edib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Bu şəhər 2018-ci ildə bütün dünya ölkələri, xüsusi ilə də islam dünyasından çox sayda turist qəbul edəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *