vaxtlı-vaxtında oxuyun! Cümə, 21 iyul 2017
ABŞ dolları 1 USD = 1.7017 AZN
Avro 1 EUR = 1.9590 AZN
Rusiya rublu 1 RUB = 0.0288 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2160 AZN
Türk lirəsi 1 TRY = 0.4821 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ŞOU BİZNES  
14:15 | 15 iyul 2017 | Şənbə Məqaləyə 415 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni milyarderə ərə getməyə hazırlaşan Səbinə Gülbala qızı kimdir...

Bakıda doğulan aktrisanın anası ermənidir

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədova erməni milyarder, «Rosqostrax» şirkətlər qrupunun prezidenti Danil Xaçaturova ərə getməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya KİV-lərində yazıblar.

45 yaşlı Xaçaturovun sərvəti «Forbes»in hesablamalarına görə 2 milyard dollara yaxındır. Bir neçə ildir ki, Rusiyanın ən həsəd aparılan subaylarından biridir. Belə ki, erməni milyarder 2008-ci ildə dizayner Ulyana Sergeyenko ilə evlənib, 2013-cü ildə boşanıb. Daha sonra Xaçaturovun gənc və yaraşıqlı rejissor Anna Məlikyanla sevgi məcarasına başladığı bildirilir. Erməni milyarderin növbəti sevgisi isə Səbinə Əhmədovadır. Onların arasında münasibət olduğu barədə Rusiya mediası ara-sıra yazırdı.

Xaçaturova ərə getməyə hazırlaşan Səbinə Əhəmədovaya gəldiksə isə onun 36 yaşı var, əvvəllər evli olmayıb, uşaqları da yoxdur. Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda qarışıq ailədə anadan olub. Atası yarı yəhudi, yarı azərbaycanlıdır. Anası ermənidir. Səbinənin ailəsi 1990-cı ildə Bakıdakı məlum hadisələr zamanı Rusiyaya köçüb. Hazırda Rusiyanın tanınmış kino aktrisalarından biridir.

Xaçaturovla Əhmədovanın toylarının nə vaxt olacağı haqda məlumat yoxdur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *