vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
14:35 | 17 iyul 2017 | Bazar ertəsi Məqaləyə 2886 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dedavşina»nın beləsi görülmədi

Ağdərədə erməni zabit əsgəri özünə qəbir qazmağa məcbur edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İşğal altında olan Dağlıq Qarabağda yerləşmiş Ermənistan ordusunun bölmələrindən birində hərbçilər arasında atışma baş verib və bunun nəticəsində, bir zabit və müddətli xidmət edən əsgər yaralanıblar.

Virtualaz.org xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində istifadəçilər yazıb. Hadisəyə səbəb kimi müdafiə postlarından birində əsgərin hərbi keşik mövqelərinin möhkəmləndirilməsi üzrə mühəndis işlərinin yerinə yetirilməsindən imtina etməsi olub.

İlkin məlumata görə, Madagiz yaşayış məntəqəsində yerləşmiş dağ-atıcı bölüklərdən birinin komandiri, baş leytenant Vahe Qriqoryan sərxoş halda, silahla hədələyərək, əsgəri məcbur edib ki, özünə qəbir qazsın.

Təhqirlərə dözməyərək, əsgər avtomatı götürərək zabitə atəş açıb. Atışma nəticəsində V.Qriqoryan boynundan ağır yara alıb. Bundan sonra əsgər özünə atəş açaraq, intihara cəhd edib.

Hadisə yerinə özlərini yetirmiş digər hərbçilər yaralılara ilk tibbi yardım göstəriblər. Hər iki hərbçi Ağdərə (Mardakert) hospitalına çatdırılıb.