vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
10:16 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1452 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səfiyə Qarabaği Zəncanda həbs edilib

ETTELAAT qadın kişi fərqi qoymur

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Azərbaycanının Zəncan şəhərində yaşayan türk fəal və qadın haqları müdafiəçisi Səfiyə Qarabağinin İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir.

Sosial mediada yayımlanan xəbərlərə görə, ETTELAAT məmurları onu bu gün səhər saatlarında saxlayıblar.

Səfiyə Qarabağinin həyat yoldaşı Ruzbeh Səadəti öz «Facebook» səhifəsində olayı belə təsvir edib: «Göründüyünə görə, tutulduqdan sonrakı bir neçə saatda ETTELAAT idarəsində saxlayıblar. Sonra, üç məmur evi təftiş üçün gəldilər. Səfiyəni gətirmişdilər. Evi axtarıb, laptop, bir neçə dəftər və kitab, eləcə də şəxsi sənədləri alıb apardılar».

Səadəti həyat yoldaşının «rejimə qarşı təbliğat» fəaliyyəti, «ictimai rəyi azdırmaq» və «yalan məlumat yaymaq» ittihamı ilə tutulduğunu bildirib.

«Bir neçə kəlmə söhbət edə bildik. İttihamların rejimə qarşı təbliğat, ictimai rəyi azdırmaq və yalan məlumat yaymaq olduğunu dedi. İndi durumundan xəbərsizəm,» Səadəti «Facebook» səhifəsində qeyd edib.

Səfiyə Qarabaği qadın hüquqları, qadına qarşı zorakılıq, İran qanunlarında gender bərabərsizliyinə zəmin yaradan məqamlar, habelə türk dil hüquqlarına dair yazılar yayımlayıb və toplumda maarifləndirmə işləri aparıb.