vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QƏZA, FACİƏ  
18:33 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2992 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sumqayıtda kanalizasiya quyusu faciəsi

Biri FHN əməkdaşı olmaqla iki nəfər öldü, 3 əməkdaş zəhərləndi

MÖVZU İLƏ ƏLAQƏLİ

Sumqayıt şəhər Səhiyyə İdarəsindən «SalamNews»a verilən məlumata görə, FHN-in əməkdaşı Məmmədov Ruslan dünyasını dəyişib, nazirliyin digər 4 əməkdaşı - Əliyev Ayaz, Məmmədov Natiq, Əhmədov Namiq ağır, Bağırov Zahir isə orta-ağır vəziyyətdədir. Həyatını itirmiş mülki vətəndaşın isə şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


***


16:26

Bir qədər əvvəl Sumqayıt şəhərində sakinlərdən birinin kanalizasiya quyusuna düşdüyünü yazmışdıq.

APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.

Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Sumqayıt şəhər Səhiyyə İdarəsindən verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

Onlardan ikisinin vəziyyəti ağırdır.

Buna oxşar hadisə bu günlərdə Özbəkistanda baş vermişdi. Orada ayaqyolunun çalasına düşmüş telefonu çıxarmaq istəyərkən 3 nəfər həlak olmuşdu.