Polşada kommunizmi qarşı növbəti addım
Totalitar sistemləri təbliğ edən heykəllərin sökülməsi ilə bağlı qanuna Dövlət Duması etiraz etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yenilməz batareya” məhv oldu
Ukrayna ordusu Krımdakı “S-400”lərin birini vurub
-
“Özünü müdafiə hüququ çərçivəsindədir”
NATO Ukraynanın Rusiya ərazisini bombalamağa yaşıl işıq yandırıb
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
Avropada traktor inqilabı
Qitənin inkişaf etmiş ölkələrinin fermerləri üsyana qalxıb
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
Polşada partlayış
Yaşayış binasına ciddi xəsarət görüb, yaralılar var
Polşada sosializm zamanı qoyulmuş sovet və kommunizmi təbliğ edən heykəllərin, rəmzlərin uçurulması artıq mümkündür. Polşa prezidenti Andrzej Duda kommunizmin təbliğinə qadağa ilə bağlı qanuna dəyişikliyi imzalayıb.
Rusiya Dövlət Dumasının üzvü Dmitriy Novikov buna cavab olaraq bildirib ki, Dövlət Duması qanunla bağlı qətnamə hazırlayır. Dumanın analoji qətnaməsinin olacağını bundan əvvəl parlament spikeri Vyaçeslav Volodin də bildirmişdi.
«Dumanın bu həftənin sonunadək öz müraciətini yayacağı gözlənilir. Bu, parlamentə və digər aidiyyatı qurumlara müraciət olacaq və orada Dumanın bu cür davranışın yolverilməzliyi ilə bağlı mövqeyi, fikri öz əksini tapacaq», - deyə Novikov bildirib.
Totalitar sistemlərin təbliği qadağandır
Polşa parlamentinin aşağı palatası iyunun 22-də qanuna dəyişiklik edib. Bu dəyişikliyə görə, bina və ya digər obyektlərə kommunizm və ya digər totalitar sistemləri təbliğ edən adların qoyulması, o cümlədən bu cür təbliğat heykəlləri qadağan olunur. Başqa sözlə qanun küçələrə, məktəb, mədəniyyət mərkəzləri, teatr, xəstəxana və s. bu kimi qurumların kommunist liderlər və ya kommunist partiyalar şərəfinə adlandırılmasını yasaqlayır. Qadağa hətta tarixlərə də aid edilir, məsələn, «7 noyabr» adını vermək qadağandır. Qərara görə, sovet dövründə Polşa ərazisində ucaldılmış heykəllərin üzərindən beşgüşəli ulduz və digər sovet rəmzləri də çıxarılmalıdır.
Rusiyalı deputatlar narazıdır
Heykəllərin kommunistsizləşdirilməsi qanun qüvvəyə minəndən sonrakı bir ay ərzində həyata keçirilməlidir. Əgər heykəl şəhər rəhbərliyinin mülkü sayılırsa, onda bu işi şəhər rəhbərliyi görməlidir, özəl qurumlara aiddirsə, onda bu işi görmək onların boynuna düşür. Və əgər qoyulan vaxt kəsiyində bu tələb yerinə yetirilməzsə, həmin heykəl istifadəsiz sayılacaq və sökülməsi barədə qərar çıxarılacaq. Qərarın da məhz bu hissəsi rusiyalı deputatların kəskin tənqidinə tuş gəlib. Əksər deputatlar iddia edirlər ki, Polşa hökuməti ilk növbədə sovet dönəminə aid heykəlləri uçurmağı hədəfə alıb, baxmayaraq ki, qanun bu qərarı çıxarmağı yerli hakimiyyətə həvalə edib.
Qanunda istisnalar da var. Məsələn, qadağa qəbiristanlıqlardakı, xatirə lövhələrindəki, ictimai nümayiş üçün nəzərdə tutulmayan, elmi məqsədlər daşıyan, incəsənət nümunəsi olan, abidələr reyestrinə daxil heykəllərə aid edilmir.