vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
22:30 | 18 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 998 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tiflisidə «Qarabağ»lılara hücum

Azarkeşlər arasında xəsarət alanlar var

MÖVZU İLƏ ƏLAQƏLİ

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən «Samtredia» - «Qarabağ» matçından əvvəl azarkeşlər arasında baş vermiş insident zamanı Ağdam klubunun fanatlarından biri xəsarət alıb.

«Report»un verdiyi məlumata görə, həmin şəxs oyunu izləmək üçün Gəncədən Tbilisiyə yollanan kiçik bir qrupun üzvüdür.

Bu ərəfədə, gürcü fanatların hücumuna məruz qalan sözügedən kiçik qrupun üzvləri ilə «Qarabağ»ın fan-klub üzvləri arasında tribunada da mübahisə düşüb. Stadiondakı təhlükəsizlik nümayəndələrinin müdaxiləsindən sonra ara sakitləşib.

Eyni zamanda «Samtredia» - «Qarabağ» oyunu başlamazdan əvvəl bir qrup şəxs təxribat məqsədi ilə Azərbaycan əleyhinə kampaniya aparmaqğa cəhd göstərib. Azərbaycanlılardan ibarət bir qrup fəal təxribata imkan verməyib. Gürcüstan polisi təxribatçıların əlindəki plakatları alıb və onlara xəbərdarlıq olunub.

Yeri gəlmişkən, bu dəqiqələrdə oyunun 2-ci hissəsi başlayıb. Birinci hissə «Qarabağ»ın xeyrinə başa çatıb: 1-0. 22-ci dəqiqədə Wilde-Donald Guerrier komandamızı irəli çıxarıb.


***


21:21

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstanda «Samtredia»sının qonağı olan «Qarabağ» komandasının azarkeşləri ilə yerli fanatlar arasında insident baş verib.

«Report»un məlumatına görə, xoşagəlməz hadisə matçın keçiriləcəyi Boris Payçadze adına «Dinamo» stadionunun önündə yaşanıb.

Meydan sahiblərinin azarkeşləri Tbilisiyə səfər edən Ağdam komandasının tərəfdarlarına hücum edərək, fiziki güc tətbiq ediblər. Üstəlik, Azərbaycan bayrağını «Qarabağ» fanatlarından alaraq qaçıblar. Polis onları təqib etsə də, çata bilməyib.

Qeyd edək ki, matç saat bu gün saat 21:00-da başlayıb.