Alxanlı qətliamı Avropanın gündəmində
2 yaşlı Zəhranın qətli Qərb mediasının səhifələrindən düşmür
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İsrarlı çağırış
Qarşı tərəfdən mütləq cavab olacaq
-
Çoxdan arzuladığımız silah...
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
-
Təlim dediyin belə olur ...
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
-
Şuşa fatehlərinin güc nümayişi
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
-
Ordumuz geri çəkilməyib
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
-
“Furux deyil, Fərruxdur”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
-
“Qara qutu” İrəvanda peyda olub
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
-
Dumanlı havada təxribat
Separatçıların arzuları boğazlarında qaldı
-
Düşmənin təşvişi artır
“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?
-
“Müharibəyə hazırlaşın”
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
-
“... Hücuma hazırlaşır”
“Azərbaycan təmas xətti boyu təpələr tikir, ...”
-
Bakı buzu sındırır
Azərbaycan ordusu artıq Qərb raketləri ilə silahlanacaq
-
“Uçuş vasitələri məhv ediləcək”
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
-
SOM-lar JF-17-lərə quraşdırılacaq
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi barədə xəbər var
-
Erməni əsgər anasının fəryadı
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
-
İrimiqyaslı təlimlər başladı
Azərbaycan ordusu torpaqları azad etmək üçün hücuma keçir
«New Europe» qəzetində Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlıların qətlə yetirilməsinə həsr olunmuş məqalə dərc olunub.
VAXT.AZ bildirir ki, Ombudsman Aparatından «Trend»ə verilən məlumata görə, məqalə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə əlaqədar yaydığı bəyanatı əsasında hazırlanıb.
Məqalədə bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə və qəsdən atəşə tutulub, nəticədə kənd sakini Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyeva həlak olub, digər mülki şəxs Səlminaz Quliyeva ağır yaralanıb və mülki obyektlər dağıdılıb.
Məqalədə Ombudsmanın tezliklə ədalətin və sülhün bərqərar olunacağı, insanlığa qarşı törədilən bu cinayətlərin beynəlxalq hüquqi qiymətini alacağı, cinayətkarların cəzasız qalmayacağı, BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılacağı ilə bağlı fikirləri yer alır.
Həmçinin, Ermənistanın təcavüzünə son qoyulması, beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, erməni hərbi qüvvələrin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması qeyd olunur.
Müəllif yazır ki, Müvəkkilin bəyanatı BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNİSEF-ə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin Baş Katibinin Uşaqlar və Silahlı Münaqişələr üzrə Xüsusi Nümayəndəsinə, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətləndirilməsi üzrə İcraçı Direktoruna, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə (ENOC), Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin ölkəmizdəki səfirliklərinə, eyni zamanda Azərbaycanın çoxsaylı diaspor təşkilatlarına göndərilib.
«New Europe» baş ofisi Brüsseldə yerləşən, Avropa İttifaqı və beynəlxalq siyasətə dair məlumatların dərc edildiyi müstəqil həftəlik qəzetdir.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.