vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
09:29 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 2005 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Poroşenkonun «Malorossiya»ya reaksiyası

«Ukrayna Donbası öz nəzarəti altına qaytaracaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Petro Poroşenko deyib ki, Ukrayna separatçıların işğal etdiyi Donbası öz nəzarəti altına qaytaracaq. O həmçinin qondarma «Donetsk Xalq Respublikasının» ortaya atdığı «Malorossiya keçid dövləti»nin yaradılması təklifinə də münasibət bildirib.

«Novorossiya» layihəsi tarixə qovuşub. Ukrayna Donbas və Krım üzərində suverenliyini bərpa edəcək», - Poroşenkonun bu sözlərini onun mətbuat katibi Svyatoslav Tseqolko öz «Twitter» səhifəsində yazıb.

Xatırladaq ki, iyulun 18-də qondarma «DXR»in rəhbəri Aleksanr Zaxarçenko təklif etmişdi ki, üç illik keçid dövrü üçün Ukraynanın yerində «Malorossiya» dövləti yaradılsın, Krımdan başqa Ukraynanın 19 vilayəti həmin «dövlət»ə daxil edilsin.

O demişdi ki, yeni dövlət Donbass münaqişəsinə son qoyacaq. Vergilər naziri Aleksandr Timofeyevsə öz növbəsində bildirib ki, «Malorossiya»nın əsas qanununa Rusiya ilə münasibətlərin bərpa olunması istiqaməti daxil ediləcək.

Ukrayna Rusiyanı Krımı ilhaq etməkdə, ölkənin şərqində isə separatçıların əliylə qondarma qurumlar yaratmaqda suçlayır. Rusiya isə Krım əhalisinin «öz istəyilə» Rusiyanın tərkibinə daxil olduğunu, Ukraynanın şərqindəki separatçı qurumlarla isə əlaqəsi olmadığını iddia edir.