vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNEY  
11:56 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 1809 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Urmiya gölündə vəziyyət gərgindir

«Suyun miqdarı ötən uzun illərlə görə 22, keçən illə müqayisədə isə 32 faiz azalıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Energetika nazirinin su işləri üzrə müavini Rəhim Meydani ölkədə su problemi və Urmu gölünün son vəziyyəti ilə bağlı məyusedici həqiqəti etiraf edib. O bu barədə «İsna» xəbər agentliyinə danışıb.

«Urmiya gölü hövzəsində suyun miqdarı ötən uzun illərlə müqayisədə 22, keçən illə müqayisədə 32 faiz azalıb. Urmiya gölü ətrafındakı durum gölün gərgin vəziyyətdə olduğuna işarədir», - deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, hazırda Urmiya gölündə suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 santimetr aşağı düşüb. «Ötən il Urmiya gölündə su tarazlığı səviyyəsi 1271.04 metr olub. Hazırda bu rəqəm 1270.84-ə enib. Həmçinin ötən il göldə suyun həcmi 2.73 milyard kubmetr (metri mükəəb) olduğu halda, hazırda bu rəqəm 2.23 milyard kubmetrdir», - deyə o vurğulayıb.

R.Meydani bu il Urmiya gölündə vəziyyətin yaxşı olmadığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, ötən il göldə vəziyyət normal olub, lakin bu il elə deyil və görülən bir çox tədbirlərə rəğmən vəziyyət gərgin olaraq qalmaqdadır.

Qeyd edək ki, yerli əhali və bəzi azərbaycanlı millət vəkilləri Urmiya gölündə vəziyyətin heç də yaxlaşmadığı, hətta daha da pisləşdiyini dəfələrlə dilə gətiriblər. Buna baxmayaraq Həsən Ruhani hakimiyyətinin müxtəlif orqanlardakı nümayəndələri göldə vəziyyətin yaxşılaşdığına dair vaxtaşırı açıqlamalar verərək reallığı gizlətməyə və Urmiya gölünü unutdurmağa çalışırlar. Energetika nazirinin son etirafı belə açıqlamalara tutarlı cavabdır.