vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
12:01 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 1060 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-dan 18 iranlıya sanksiya

Siyahıda iki təşkilat və üç şəbəkənin də adı var

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Maliyyə Nazirliyi İranın raket proqramına dəstək verən və onunla əməkdaşlıq edən 18 fiziki və hüquqi şəxsə sanksiya qoyub.

Yeni sanksiyalar, Amerika prezidenti Donald Tramp hökumətinin İranın nüvə razılaşmasına və onun icrasına nisbi şəkildə sadiq qalması ilə bağlı bəyanatından bir gün sonraya təsadüf edib. Tramp hökuməti bildirib ki, İran nüvə sazişinə sadiq qalsa belə, onun məzmununa tam vəfadar deyil və məhz buna görə də Vaşinqton qeyri-nüvə sahələrində İrana qarşı sanksiyaları genişləndirəcək.

ABŞ Maliyyə Nazirliyinin iyulun 19-da yaydığı bəyanatında İranın ballistik raket proqramına dəstək verdiklərinə görə barələrində sanksiya tətbiq edilən 16 şəxsin, eləcə də «Sepah»ın hava-kosmik qüvvələrinə və «Baqir əl Ulum» araşdırmalar mərkəzinə bağlı 2 təşkilatın da adı var.  Siyahıda, «Sepah»ın hərbi sahələrdə ehtiyaclarını, o cümlədən də pilotsuz təyyarələrin avadanlıqlarını təmin edən, «Sepah»ın sürət qayıqlarının istehsalında və təmirində birbaşa iştirak edən üç şəbəkənin də adı öz əksini tapıb.

ABŞ maliyyə naziri Stiven Mnuçin məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Vaşinqton İranın şər xarakterli fəaliyyətinin, o cümlədən də onun beynəlxalq terrorizmə dəstəyini, insan hüquqlarını kobud şəkildə pozmasını və ballistik raket proqramının inkişafını dayandırmaq üçün əlindən gələni edəcək.

Nazir bildirib ki, sanksiyaya məruz qoyulan şəxslərin Amerikadakı bütün əmlak və bank hesablarına həbs qoyularaq Amerika vətəndaşlarının həmin şəxslərlə hər hansı bir sövdələşməsinə qadağa qoyulub.

İranın ballistik raket proqramına dəstək verdiklərinə görə adları ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına daxil edilən bəzi İran vətəndaşları bunlardır: «Sepah»ın «Qüds» qanadı ilə əməkdaşlıq edən «Rayan Rüşd Əfzar» şirkətindən olan Seyid Rza Qasimi, Fərşad Hakimzadə və Möhsün Parsa Cəm. Eləcə də «Acili» şirkətinin 2 üzvü Məhəmmədrza Rzaxah və Məhəmməd Səid Acili.