vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
13:45 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 2245 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gülənin varidatı dövlət büdcəsinə verildi

14 milyarda 10 ədəd Avrasiya tuneli tikmək olar

MÖVZU İLƏ ƏLAQƏLİ

1 il əvvəl Türkiyədə hərbi yolla dövlət çevrilişi törətməyə cəhd edən FETÖ təşkilatına məxsus nəhəng sərvət dövlət büdcəsinə verilib. Lent.az bildirir ki, Türkiyənin Milli Təhlükəsizlik Şurasına daxil olan «FETÖ ilə mübarizə hesabatı»nın maliyyə bölümündə qeyd edilir ki, təşkilatın bütün pul toplama kanalları bağlanıb.

Eyni zamanda, təşkilatın nəzarətində olan 7,5 milyard lirəlik daşınar əmlak, 41 milyard lirəlik şirkət əmlakları dövlətin nəzarətinə keçib. Qeyd edilib ki, bu pulla bir neçə dünya səviyyəli projeni həyata keçirmək mümkündür.

Hazırkı valyuta dəyərlərini nəzərə aldıqda təşkilatın nəzarətindən çıxarılan 48,5 milyard lirəlik, yəni 13 milyard 750 milyon dollarlıq sərvətlə aşağıdakı işləri görmək olar:


10 ədəd Avrasiya tuneli tikmək;

4 ədəd Sultan Səlim körpüsü tikmək;

10 ədəd Körfəz körpüsü tikmək;

6 ədəd Marmaray layihəsi həyata keçirmək.