vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
14:58 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 2739 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Harda istəsə görüşək...»

Amerikalı bloqqer Putini əlbəyaxa döyüşə çağırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikalı bloqqer və idmançı, aykido və taekvando ustası Benjamin Uittes Rusiya prezidenti Vladimir Putinin cüdo ustası olduğunu şübhə altına alaraq onu «dünyanın istənilən nöqtəsində görüşüb döyüşməyə» çağırıb.

Virtualaz.org xəbər verir ki, bu barədə «The Washington Post» qəzetinin məqaləsində deyilir.

Rusiya prezidentinin cüdo ustası olması geniş reklam olunur, vaxtaşırı olaraq Putin tatami üzərinə çıxır və rəqiblərini bir fəndlə yerə sərir. «Putinin qara kəməri var, habelə əlbəyaxa döyüş üzrə çoxsaylı nailiyyətləri var. İnternetdə onun rəqiblərini necə məğlub etdiyi haqda çoxsaylı videoroliklər var. Lakin amerikalı Benjamin Uittes, milli təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış «Lawfare» bloqunun redaktoru Putini «yalançı» adlandırır və bildirir ki, Rusiya prezidenti doğrudan da cüdo ustası hesab edirsə dünyanın istənilən nöqtəsində onunla görüşməyə hazırdır. Bir şərtlə ki, həmin görüş yerində Putinin onun həbsi barədə əmr vermək səlahiyyəti olmasın», - qəzet yazır.

47 yaşlı Uittes ilk dəfə Putini 2015-ci ildə əlbəyaxa döyüşə çağırıb. Ötən həftə sonu o, çağırışını yenidən təkrarlayıb. Taekvando və aykido üzrə qara kəmər sahibi olan Uittes Putinin cüdo ilə məşğul olduğunu əks etdirən kadrları «qurama» adlandırır. Bildirir ki, bu kadrları diqqətlə izləyəndə rəqiblərinin bilərəkdən yerə yıxıldığını və təslim olduğunu görmək olar. Onların heç biri qarşılaşma zamanı Putinə qızğın hücumlar eləmir, heç bir əlamət yoxdur ki, rəqibləri Putini üstələməyə can atır.

«Putin döyüş növlərinin yalançı ustasıdır. O, ancaq hakimiyyəti altında olanlarla döyüşür, hansı ki, onların hamısı bilərəkdən uduzur», - Uittes bildirir.