vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SAĞLAMLIQ  
16:54 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 3260 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Stress insanı qocaldır

Həyat faciələrinin beyinə təsiri ömrün qalan illəri ərzində özünü göstərir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» yazır ki, stressli həyat hadisələri, məsələn uşağın ölümü, boşanma və ya iş yerinin itirilməsi beyni ən azı dörd il qocaldır.

«Wisconsin» Universitetinin Təbabət və İctimai Sağlamlıq Mərkəzinin ekspertləri beyni qocaldan 27 stressli həyat təcrübəsini aşkar ediblər.

Alimlər bu nəticəyə gəliblklər ki, ömrün müəyyən bir mərhələsində yaşanan stress beyinə təsirini ömrün qalan illəri ərzində göstərir.

Məqalədə deyilir ki, araşdılrmaçılar 1320 nəfəri neyroloji testlərdən keçiriblər.

Bu da qeyd olunur ki, təcrübədən keçən insanların 1232-si ağdərili idi, 82 nəfər isə Afrika amerikalısı idi. Bu adamların hamısı həyatlarınmın müəyyən mərhələsində stress yaşamışdılar.

Araşdırmada iştirak edənlərin orta yaşı 58 idi.

Bu təhqiqatdan bəlli olub ki, Afrika amerikalıları ağlarla müqayisədə 60 faiz daha çox stress keçiriblər.

Altsaymer Assosiyasından doktor Mario Karillo (Maria Carrillo) deyib ki, araşdırmaçılar əsas diqqəti ən kəskin stresslərə yönəltmişdilər. Bura valideynin ölümü, məişət zorakılığı, işin itirilməsi, yoxsulluq daxil idi.

Alimlər diqqəti belə bir məqama çəkirlər ki, uşaq üçün məktəbin dəyişdirilməsi stressli təcrübə ola bilər.