vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
17:43 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 1993 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mosul qaçqınları evlərinə dönməyə tələsmir

Bağdad isə ilin sonunadək düşərgələri bağlamaq istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq rəsmilərinin dediyinə görə, ölkənin şimalındakı Mosul şəhəri İslam Dövləti militantlarından azad edildiyinə görə Bağdad ilin axırınadək ölkədəki qaçqın düşərgələrinin qapılarını bağlamaq niyyətindədir.

İraqın qaçqınlar naziri Dərbaz Məhəmməd bu açıqlamanı Mosul yaxınlığındakı Xəzer qaçqın düşərgəsini ziyarət edərkən verib. İraq rəsmiləri Mosul uğrunda 9 ay davam edən döyüşlər zamanı şəhəri tərk etməyə məcbur olan bir milyon insandan 200 minə yaxınının artıq evlərinə döndüyünü bildirib.

İraqın şimal bölgəsində yerləşən Kürdüstanın paytaxtı İrbil yaxınlığındakı Baharka düşərgəsində 4 minə qədər köçkün yaşayır. Bu, regionda Mosulda gedən döyüşlərdən qaçan insanların yerləşdirildiyi 10-dan çox düşərgədən biridir. Lakin Baharkada məskunlaşan qaçqınlardan bəziləri geri, evlərinə dönməyə tələsmir. 25 yaşlı Nadiya Əlinin 4 uşağı var. O, həyat yoldaşını Mosul münaqişəsində itirib. «Orada mənim evim yoxdur. Mən təhlükəli bir şəhərə dönmək istəmirəm, burada qalmaq istəyirəm» deyə, Nadiya bildirir.

Bağdad Mosulu İslam Dövlətindən azad etmək qərarı verdikdən sonra bu insanların çoxu aİlə üzvlərini və qohumlarını itirdi. Lakin bunu başa düşməyən uşaqlar evlərinə dönmək istəyir. Yaşlılar isə təhlükəsizliyi təmin edilməyən, yaşayış şəraiti və ərzağı olmayan şəhərə dönmək istəmir. Mosul qaçqını: «İraqın baş naziri "geri gəlin" deyir. Əgər mənim pulum yoxdursa mən necə geri dönüm, yalnız əynimdəki paltarla?»

Bir sünni ərəb İraq hökumətini şiələrin idarə etməsindən çox narazıdır və özünü artıq iraqlı saymadığını deyir.

Bu kimi düşüncələr Bağdadın bu ilin sonuna qədər bütün düşərgələri boşaltmaqla bağlı məqsədinə nail olmasını çətinləşdirə bilər.