vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
18:55 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 1601 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə səfiri Almaniya XİN-ə çağırıldı

Berlin Peter Ştoydtnerin azad olunmasını tələb edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın Xarici İşlər Nazirliyi hüquq müdafiəçisi Peter Ştoydtnerin saxlanılması ilə bağlı Türkiyə səfirini XİN-ə çağırıb. «Report»un verdiyi xəbərə görə, bunu keçirdiyi brifinqdə nazirliyin rəsmi nümayəndəsi Martin Şefer deyib.

«AFR hökuməti Ştoydtnerin azad edilməsini və konsulluq yardımına çıxışın təmin olunmasını tələb edir», - M.Şefer bildirib.

Onun sözlərinə görə, səfir əmin edib ki, tələbləri dərhal Ankaraya çatdıracaq.

XİN nümayəndəsi qeyd edib ki, hüquq müdafiəçisi artıq iki həftədən çoxdur istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, Türkiyə məhkəməsi altı hüquq müdafiəçisi haqqında həbs qətimkan tədbirinin seçilməsini qərara alıb. Terror fəaliyyətində şübhəli bilinən bu şəxslərin arasında Amnesty International təşkilatının Türkiyə nümayəndəliyinin başçısı da var.

Hazırda Türkiyədə istintaq təcridxanasında analoji ittihamla Almaniyanın «Die Welt» qəzetinin jurnalisti Dəniz Yücel saxlanılır.